Xırdalanda Ulu öndər Heydər Əliyevə həsr edilmiş kitabın təqdimatı keçirilmişdir
Kitabxananın direktoru, şairə Məlahət Yusifqızı Fəlsəfə və Sosiologiya İnstitutunun bu təqdimatla əlaqədar təşəbbüsünün ölkəmizin alimləri ilə gənc oxucuların görüşü üçün yaxşı fürsət olduğunu vurğulamış, İnstitutun baş direktoru, professor İlham Məmmədzadəyə və institutun kollektivinə təşəkkürünü bildirmişdir.
Təqqimatda İnstitutun icraçı direktoru, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Məmmədağa Sərdarovun Ulu öndərə həsr etdiyi kitabı barəsində geniş məlumat vermiş, 80 yaşını ötmüş müəllifin Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi zamanlarda dövlət qurumlarında və elmi müəssisələrdəki əmək və yaradıcılıq fəaliyyəti barəsində danışmış, Ulu öndərin hər bir azərbaycanlının qəlbində dərin iz qoyduğunu vurğulamışdır.
İnstitutun aparıcı elmi işçiləri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əli İbrahimov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov, elmi işçi Telman Quliyev, Xırdalan sakinlərindən şair,
Ulu öndərin anadan olmasının 99-cu ilində keçirilən bu birgə tədbirin gənc oxucularda Ulu öndərin irsinə marağın artmasına, eləcə də onlarda Vətənə və xalqa sədaqət və məhəbbət hissinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayan Eynulla Mədətli həm təqdim edilən kitabın müəllifi Məmmədağa Sərdarova, həm də bu maraqlı tədbir üçün şərait yaratdığına və göstərdiyi diqqətə görə Məlahət Yusifqızına təşəkkür etmiş, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirmişdir.

