“Nizami və Dante: Mədəniyyətlərdə ortaq və fərqli məqamlar” adlı beynəlxalq elmi konfransın materialları toplu halında dərc edilib.
Konfransda çıxış edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin “Nizami irsi və bizim dərkimiz” mövzusunda məruzəsi də nərş olunub.
Qeyd edək ki, konfransda azərbaycanlı alimlərlə yanaşı, 12 ölkədən (Əlcəzair, ABŞ, Braziliya, Hindistan, Misir, Gürcüstan, Türkiyə, İtaliya, Böyük Britaniya, Rusiya, Hollandiya, Finlandiya) 40-a yaxın əcnəbi alim iştirak edib.

