Fəlsəfə və Sosiologiya İnstitutunda Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi gəncliyimizin və gələcəyimizin uğurlu təminatçısıdır” mövzusunda tədbir keçirilmişdir
Azərbaycanın dövlət himni səsləndikdən sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə çıxış edərək Heydər Əliyev fenomeninin fəlsəfi mahiyyətinin dərk olunması istiqamətində ziyalıların gənclər qarşısındakı fəaliyyətini önə çəkdi. Bu günkü qüdrətli Azərbaycanın Heydər Əliyev ideyaları əsasında formalaşdığını və Qələbənin fəlsəfəsində siyasi varislik amilinin rolunu şərh etdi. Ulu Öndərin əbədiyaşarlıq mahiyyətinin gələcək nəsillərə ötürülmsi istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırdı.
İnstitutun şöbə müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, fəlsəfə üzrə fəlsəfə doktoru, Vətən müharibəsi iştirakçısı, Radif Mustafayev, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov mövzu ətrafında çıxış edərək Azərbaycanın gələcək hədəflərində milli düşüncəli gənclərimizin roluna dair fikirlərini bildirdilər, Ulu Öndərin gənclərlə bağlı həyata keçiridiyi, Prezident İlham Əliyevin isə bu sahədə uğurlu strategiyasının əhəmiyyətini diqqətə çatdırdılar.
Tədbirdə Bakı şəhər 187 saylı məktəbin dərs hissə müdiri Nərmin Abbasxanova pedaqoji heyətin alimlərlə görüşünün əmiyyətindən, yaradılan əməkdaşlığın Ulu Öndər Heydər Əliyevin irsinin dərindən mənimsədilməsi üçün müəllimlərə və şagirdlərə mühüm faydasından danışdı. Məktəbin qabaqcıl şagirdlərindən Sadiq Bəndiyev, Turan Mustafayev, Murad İsmayılzadə Ulu Öndər Heydər Əiyevin həyat fəaliyyətinə dair hazirladıqları şeir və mətnlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Tədbirin sonunda alimlərlə gənclər birlikdə Ulu Öndər Heydər Əiyevin və şəhidlərimizin məzarlarını ziyarət etdilər.

