
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d. Şölət Əlövsət oğlu Zeynalov Rusiyanın Sankt-Peterburq şəhərində Belarusiya Elmlər Akademiyası və Sankt-Peterburq Dövlət Aerokosmik Universitetinin “Fəlsəfə və informasiya cəmiyyətində humanitar elmlər” jurnalının təşkilatçılığı ilə keçirilən 9-cu "Философия и культура информационного общества" adlı beynəlxalq elmi-praktiki konfransda “Mədəniyyətlərin dialoqu ideyası müasir Azərbaycanda birgəyaşayış modeli kimi” adlı məruzə ilə çıxış etmişdir.
