Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı Beynəlxalq Konfransın Plenar iclasında məruzə ilə çıxış etmişdir
“Qars Müqaviləsi və “qonşuluq siyasəti”: İkinci Qarabağ savaşının geosiyasi nəticələri prizmasında epistemoloji yanaşma” mövzusnda məruzə ilə çıxış edən Turanə Əlibəyova öz çıxışında Qars Müqaviləsi ilə Şuşa Bəyyannaməsinin mətnlərinin fəlsəfi-epistemoloji analizi üzərində dayanaraq, hər iki tarixi sənədin mətni ilə real geosiyasi mənzərə arasında əlaqənin epistemoloji təhlilini verməyə çalışmışdır. Bu kontekstdə Avropa İttifaqında keçən əsrin 90-cı illərindən tətbiq olunan “yeni qonşuluq siyasəti”nin (bu siyasət keçən əsrin 80-ci illərində isveç alimləri B.Hettne və F.Soderbaum tərəfindən yaradılmış “yeni regionalizm” (New Regionalism Theory) təliminə əsaslanır) Şuşa Bəyannaməsindən sonra Güney Qafqazda yaranmış yeni geosiyasi mənzərə işığında konkret təzahürləri müəyyən edilməyə çalışılmışdır.

