“Qələbənin fəlsəfəsi: Cənubi Qafqazda yeni reallıqlar, sülh və dünya nizamı” adlı beynəlxalq konfrans keçirilib
Konfransda Qazaxstan Respublikasının Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunun İnformasiya və idarəetmə şöbəsinin müdiri Kumisxodjaev Erbol Serikbaeviç, institutun aparıcı elmi işçisi Şaqırbay Almasbek Duysenbekulı və mərkəzin eksperti Şıntemirova Baxıt Sadvakasovna, həmçinin elmi seminara onlayn qoşulan Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin professoru Kerem Karabulut iştirak etmişlər.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun bu sahədə gördüyü işlərə diqqət çəkən İsa Həbibbəyli bildirib ki, institutun bu sahədə çalışmaları tədqir edilməlidir. Çıxışın sonunda bir daha konfransın mahiyyətinə toxunan akademik konfrasın işinə uğurlar azulayıb.
Konfransda çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə Zəfər gününün fəlsəfəsinə həsr edilmiş tədbirin elmi, siyasi əhəmiyyətini qeyd edib. Həmçinin Vətən müharibəsi ilə Azərbaycanın Cənubi Qafqaza gətirdiyi yeni reallıqların fəlsəfəsinə toxunaraq Ali Baş Komandan və xalq birliyinin uğurlu nəticələrinin Zəfər günü ilə müqayisəli təhlilini aparıb.
Professor, dünya informasiya məkanında Azərbaycan həqiqətləri tarixin yeni səhifələrini açarkən təkcə bugünün deyil, mövcud həqiqətlərin fəlsəfi izahını verib. Qələbə və postmüharibə dövründə Azərbaycanın yeni geosiyasi reallıqlara olan təsiri öz əhatəsinə görə çox böyük əhəmiyyətə malikdir - deyə, İlham Məmmədzadə bildirib.
Konfransda Qazaxstan Respublikasının Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunun İnformasiya və idarəetmə şöbəsinin müdiri Kumisxodjaev Erbol Serikbaeviç, institutun aparıcı elmi işçisi Şaqırbay Almasbek Duysenbekulı və mərkəzin eksperti Şıntemirova Baxıt Sadvakasovna, həmçinin konfransa onlayn qoşulan Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin professoru Kerem Karabulut çıxış etmişlər.

