Professor Sakit Hüseynov beynəlxalq elmi konfrasda iştirak edib
Benəlxalq konfransda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, professor Sakit Hüseynov konfransın “Milli Təhlükəsizlik ” seksiyasında “Ekoloji təhlükəsizlik milli təhükəsizliyin tərkib hissəsidir” mövzusunda çıxış etmişdir.
S.Hüseynov öz məruzəsində ekoloji təhlükəsizliyi fəlsəfi və sosiloji çəhətdən təhlil etmiş, erməni qəsbkarların işğalı dövründə ərazilərimizin ekoloji cəhətdən məhv edilməsi, vaxtilə mövcud olmuş Bəsidçay, Qaragöl Qoruqlarının məhv edilməsi, Laçın, Qubadlı, Daşaltı, Arazboyu yasaqlıqlarının dağıdılmasını sadalamış, bundan başqa yaşayış məskənlərində olan təbii və mədəni tarixi abidələrimizin talan edilməsini konfrans iştirakçılarına çatdırmışdır.
Məruzəçi ölkəmizdə ekoloji təhlükəsizliklə bağlı Prezident İlham Əliyevin geniş fəaliyyətini də şərh etmişdir. Məruzədə S.Hüseynov ölkəmizdə Davamlı inkişafa keçirilməsində ekoloji təhlükəsizliyin təmin edilməsinin mühüm rol oynadığınıda iştirakçılara çatdırmışdır.

