17.07.2021, 11:04 - Baxış sayı: 702

“Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabının təqdimatı olub


“Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabının təqdimatı olubAMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” adlı kitabının təqdimat mərasimi keçirilib.
AMEA-nın Əsas binasında baş tutan tədbiri giriş sözü ilə açan Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli Akademiyanın tarixindən danışıb, elm məbədinə həsr olunan kitabı yüksək qiymətləndirib.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov çıxış edərək kitab haqqında fikirlərini bölüşüb.
Sonra çıxış edən nəşrin müəllifi Günel Məlikli əvvəlcə tədbir iştirakçılarına öz minnətdarlığını bildirib və çıxışı zamanı Akademiyanın keçdiyi şərəfli yola nəzər salıb, eləcə də kitabın ərsəyə gəlmə prosesinə toxunub. O qeyd edib ki, kitabın baş elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev, elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə və fəlsəfə elmləri doktoru İzzət Rüstəmovdur.
Günel Məliklinin sözlərinə görə, əsərdə Azərbaycan elminin, milli təfəkkürün, mədəniyyətin inkişafında mühüm rolu olan AMEA-nın yaranmasının respublikamızın tarixinin ən əlamətdar hadisələrindən biri olduğu, Akademiyanın ölkədə elmi düşüncənin yaranmasına, inkişafına təkan verdiyi vurğulanıb, o cümlədən Azərbaycan alimlərinin nüfuzlu əsərlərindən, yenilik və ixtiralarından bəhs edilib. Diqqətə çatdırıb ki, həmçinin kitabda Azərbaycan elminə xüsusi həssaslıqla və böyük ehtiramla yanaşan ulu öndər Heydər Əliyevin AMEA-nın inkişaf etdirilməsinə hər zaman dövlət səviyyəsində qayğısından da söz açılıb. Bundan əlavə, Prezident İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar, inkişaf strategiyası, AMEA-ya diqqət və qayğısı da nəşrdə əks olunub. Eyni zamanda vəsaitdə AMEA prezidentlərinin həyat və yaradıcılığı, akademiyanın institutları haqqında geniş məlumat, aparılan elmi araşdırmalar və Azərbaycanda elmin inkişafı istiqamətində görülən işlər də oxuculara təqdim olunur.
“Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabının təqdimatı olubDaha sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev çıxış edərək bu gün Akademiyada qocaman kadrlarla gənclərin çiyin-çiyinə çalışmasını yüksək qiymətləndirib və onların təkcə Azərbaycan elminə deyil, eyni zamanda dünya elminə töhfə verdiklərini deyib.
Təqdimat mərasimində, həmçinin nəşrin rəyçisi fəlsəfə elmləri doktoru İzzət Rüstəmov, həmin müəssisənin əməkdaşları, fəlsəfə elmləri doktorları Füzuli Qurbanov, Adil Əsədov, o cümlədən siyasi elmlər doktoru Adil Mirabdullayev və Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə, Fəlsəfə və Sosiologiya İnstitutu “İslam fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev çıxış edərək əsərlə bağlı təəssüratlarını bölüşüb, nəşri yüksək qiymətləndiriblər.
“Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabının təqdimatı olub

"Science.gov.az"