23.04.2021, 07:06

EKO Elm Fondunun İslamabadda iclası keçirilmişdir


EKO Elm Fondunun İslamabadda iclası keçirilmişdir21 aprel 2021-ci il tarixində Pakistanın paytaxtı İslamabad şəhərində yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondunun (ECOSF) İcraiyyə Komitəsinin 6-cı iclası keçirilmişdir. Virtual formatda keçirilən iclasda Azərbaycan Respublikasının adı çəkilən qurumda təmsilçisi olaraq AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış etmiş, ölkəmizin elmi müəssisələrinin EKO ölkələrinin müvafiq qurumları ilə əlaqələri və EKO Elm Fondunda iştirakı ilə əlaqədar məlumat vermişdir. Çıxışda Ermənistanın işğalından azad edilmiş bölgələrimizdə yenidənqurma və bərpa işlərində elmi yanaşmanın əhəmiyyəti vurğulanmış və EKO Elm Fondunun çətiri altında torpaqların, su hövzələrinin canlandırılmasında, tarixi - mədəniyyət abidələrinin bərpasında birgə layihələrin müəyyənləşdirilib həyata keçirilməsinin mümkünlüyü nəzərə çatdırılmışdır. Elm və texnologiya sahəsində qarşılıqlı əməkdaşlığın EKO coğrafiyasında davamlı inkişafa əhəmiyyətli təsir göstərəcəyindən bəhs edilmişdir.
İclasda EKOElm Fondunun 2021-ci il üçün iş planı və digər idari-təşkilati məsələlər müzakirə edilmiş, Fondun nizamnaməsini hələ ratifikasiya etməmiş ölkələrdən bu məsələyə baxılması xahiş edilmişdir.