Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Tünzalə Musayeva onlayn seminarda iştirak edib
Seminarda AMEA-nın digər İnstitutularının gənc alimləri ilə yanaşı, Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elmi işçi Tünzalə Musayeva da iştirak edib.
Seminarda psixoloq Tünzalə Musayeva erkən nikahların arzuolunmaz nəticələrə səbəb olmasından, uşaqların psixologiyasındakı dəyişikliklərdən danışıb. Erkən nikahların xüsusən, qızların fiziki və psixoloji inkişafının qarşısını aldığını bildirən psixoloq bununla bağlı məktəblərdə ciddi şəkildə maarifləndirmə aparılmasının, ailə mühitinin düzgün formalaşdırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, yeniyetmələr arasında son vaxtlar intihar hadisələrinin artmasında əsas səbəb valideyn-övlad, məktəb-valideyn əlaqələrinin düzgün qurulmamasıdır.

