Professor İlham Məmmədzadə beynəlxalq konfransda iştirak edib
Konfransın açılışında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə iştirakçıları salamlayaraq, Azərbaycan və Qazaxıstan arasında elmi əlaqələrin bundan sonra da genişlənməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Konfransın işinə uğurlar arzulayan İlham Məmmədzadə “Qloballaşma şəraitində sosial elmlərin problemləri” mövzusunda çıxış etmişdir.
Həmçinin institutun şöbə müdiri f.e.d., professor Sakit Hüseynov “Müasir beynəlxalq münasibətlərdə davamlı inkişafın prespektivləri” və beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəlsəfə doktoru Zöhrə Əliyeva “İctimai-humanitar elmlərin fəlsəfi problemləri” mövzusunda məruzə ilə çıxış etmişlər.


