ETİKA
Şöbə müdiri: fəlsəfə elmləri doktoru, professor İlham Ramiz oğlu Məmmədzadə
Etika şöbəsi 1980 - cı illərin əvvəlində yaranıb. Etika şöbəsi Azərbaycanda vətəndaş cəmiyyəti etikasını, fərdin davranışında vətəndaş əxlaqı və mənəvi dəyərlərin qarşılıqlı əlaqəsinin özünəməxsusluğunu tədqiq edir. 1981-ci ilin sonu “Etika”, 2002-ci ildə “Etika və Estetika”, 2005-ci ildən 2009-cu ilə qədər “Aksiologiya və fəlsəfi antropologiya”, 2009-cu ildən “Etikanın nəzəri və tətbiqi problemləri” şöbəsi adı altında fəaliyyət göstərmişdir. İlham Məmmədzadə 1989-cu ildən bu günə qədər “Etikanın nəzəri və tətbiqi problemləri” şöbəsinin müdiridir. Struktur dəyişiklikləri ilə əlaqədar olaraq şöbə adlanırdı “Etikanın nəzəri və tətbiqi problemləri” və yenidən institutun da adının dəyişdirilməsindən sonra şöbə “Etika” adlanır.
İlham Məmmədazdə etika, politologiya sahəsində bir sıra kitab və broşuranın müəllifi olmaqla yanaşı, elmi marağa səbəb olan “Etikaya giriş” (2004), “Опыт интерпретации морали” (2006), “Qloballaşma və müasirləşmə şəraitində fəlsəfənin aktuallığı haqqında” (2009), “Bir daha fəlsəfə haqqında” (2012), və s. əsərlərin də müəllifidir.
Alimin fəlsəfə tarixi, etika və siyasətşünaslığın müxtəlif problemlərinə həsr olunmuş çoxsaylı məqalələri ölkədə və xaricdə nəşr olunmaqla elmi elitada bir çox maraq doğurub. Onun elmi əsərləri və tərcümeyi-halı “XIX-XX yüzillikdə Rusiya filosofları ensiklopediyası”na daxil edilib. Alimin M.Makiavellinin fəlsəfəsi və etikası haqqındakı əsərləri annotasiyaları ilə birlikdə "Maksima Makiavelli" adlı Rusiya-İtaliya ensiklopediyasına daxil olunub.
Şöbə əməkdaşları ölkədə müəyyən dərəcədə tanınmış monoqrafiyaların və kitabların müəllifləridir.
Şöbənin 2022-2025-ci illər üçün aparıcı elmi-tədqiqat işi “Postmüharibə dövrünün mənəvi problemləri və etik nəzəriyyənin əsas inkişaf tendensiyaları” adlanır. Şöbənin 15 əməkdaşı var. Onlardan 2 baş elmi işçi, 4 aparıcı elmi işçi, 1 böyük elmi işçi, 4 elmi işçi, 3 böyük laborantdır. Şöbə əməkdaşlarının 3-ü elmlər doktoru, 5-i isə fəlsəfə doktorudur.