11.10.2024, 11:52 - Baxış sayı: 60

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları X Bakı Beynəlxalq Kitab sərgisində

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları  X Bakı Beynəlxalq Kitab sərgisində

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları oktyabrın 2-dən 8-dək davam edən X Bakı Beynəlxalq Kitab sərgisində iştirak ediblər.
10-cu yubiley sərgisinin açılış mərasimində mədəniyyət naziri Adil Kərimli,Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, millət vəkilləri, tanınmış mədəniyyət, elm, ədəbiyyat xadimləri və digər qonaqlar işirak edərək sərgidə AMEA institutlarının sərgilədikləri kitablara baxış keçirib və xatirə şəkilləri çəkdiriblər.
Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş Bakı Expo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab sərgisinin açılış mərasimində Fəlsəfə və Sosiologiya İnstitutunun nümayəndələri M.Cəbrayılov, Y.Metelyova, A.Əlizadə, N.Əlicəvova, D.Həşimov, T.Qasımova, S.Quliyeva, A.Zeynalova, F.Əliyeva, J.Məlikova, L.Orucova, T.Tahirzadə, C.Hüseynli, İ.Hüseynova, K.Məmmədov, X.Əliyeva, L.Vəliyeva, H.Eminova və b. da iştirak ediblər.
Sərginin növbəti günündə AMEA-nın müxbir üzvü, Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, f.e.d. Könül Bünyadzadə və yazıçı Nərmin Kamalın “Müasir Ədəbiyyat- Müasir Fəlsəfə” mövzusunda müzakirəsi baş tutub.
Oktyabrın 4-də isə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri fil.e.d Fəridə Əzizovanın "Məhəmməd Füzuli: mütəfəkkir şairin fəlsəfi irsi" kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru,t.e.d Eynulla Mədətli çıxış edərək kitabın elmi əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, sərgidə 18 ölkədən 56 qurum, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə,o cümlədən Azərbaycanla yanaşı digər əcnəbi ölkələrdən tanınmış yazıçı və şairlər,elm adamları və gənc yazarlar iştirak ediblər.