"Şuşa şəhərinin mədəni abidələrinin bərpası və sosio-mədəni inkişafının gələcək perspektivləri" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib
Sentyabrın 30-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda "Şuşa şəhərinin mədəni abidələrinin bərpası və sosio-mədəni inkişafının gələcək perspektivləri" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Tədbiri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., prof. İlham Məmmədzadə giriş nitqi ilə çıxış edərək Şuşa şəhərinin mədəni abidələrinin bərpası və sosial-mədəni inkişafının gələcək perspektivlərindən bəhs etdi. Alim Şuşa şəhərinin Azərbaycanın mədəni-ictimai-siyasi həyatının mərkəzlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, Şuşa şəhərinin tarixi görkəminin bərpası, ənənəvi, mədəni həyatına qovuşması üçün bu gün də bərpa quruculuq işləri sürətlə davam edir: “Bu yalnız iqtisadi deyil, eyni zamanda beynəlxalq və geosiyasi məsələləri əhatə edən mövzudur. Bu mövzuya fəlsəfi-elmi, sosial–mədəni aspektdən yanaşmaq olar”.
Şuşa şəhərinə qayıdış Akademiyanın qarşısında duran əsas prioritetlərdən biridir. Ötən illər ərzində Şuşanın ədəbi-mədəni, sosial-mədəni həyatı, tarixi abidələri və s. istiqamətlərdə Akademiyada və o cümlədən, Fəlsəfə və Sosiologiya İnstitutunda respublika və beynəlxalq səviyyəli konfrans və tədbirlər keçirilib. Həyata keçirilən inkişaf strategiyasına elmin dəstəyi bizim qarşımızda duran əsas vəsifələrdən biridir. Bundan başqa Şuşa şəhəri Türk xalqları arasında əməkdaşlıq perspektivlərinin də genişlənməsi işinə də öz töhfəsini verir.
Sonda məruzəçilərdən Böyük Britaniya Dr. Niel Vatson, beynəlxalq şərhçi, “Qərb mədəniyyətində Şuşa”, İnstitutun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli “Pənahəli Xan və onun Qarabaq xanlığının qurulmasında xidməti”, Türkiyə Atatürk Universiteti prof. Kerem Karabulut “Qarabağda ğördüklerim ve önerilerim”, Türkiyə Anadolu Universitetinin professoru Makbula Səbziyeva “Türkiyə XIX yüzyılda Şuşada Tahsilin və Kültürel Yaşamın Durumu, Əlcəzair Araşdırmalar Mərkəzi prof. Dr. Ouiza Qallez “Azərbaycan və Əlcəzair arasında sosial-mədəni əlaqələrin inkişafı, AMEA siy.e.ü.f. doktoru Zaur Əliyev “Şuşa şəhəri və beynəlxalq ədalətsizlık”, şöbə müdiri, f.ü.f.d. Faiq Ələkbərli “Şuşa şəhərinin tanınmış mütəfəkkirlərinin mədəni irsinin öyrənilməsinin türk dünyası baxımından yeri və rolu”, elmi işçi Rizvan Abbasov “Şuşa şəhərinin mədəniyyət abidəsinin bərpası sosioloji və mədəni proses kimi” mövzularla çıxış etdillər.