12.05.2023, 11:00 - Baxış sayı: 85

“Azərbaycanda siyasi mədəniyyət: ənənəvilik və müasirlik” mövzusunda seminar keçirilib


“Azərbaycanda siyasi mədəniyyət: ənənəvilik və müasirlik”  mövzusunda seminar keçirilibBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Müasir siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində seminar keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi s.e.ü.f.d. Şahin Bağırov “Azərbaycanda siyasi mədəniyyət: ənənəvilik və müasirlik” mövzusunda çıxış edib. Seminarda şöbənin əməkdaşları Mövsümova Lalə, Həşimov Davud, Qasımova Təzəgül, Quliyeva Sevinc, Əsgərova Şəfa iştirak ediblər.
Şahin Bağırov öz çıxışında Azərbaycanda siyasi mədəniyyətin formalaşmasının tarixi-siyasi aspektlərinə ekskurs edərək, müasir dövrdə oturuşmuş spesifik ənənələri barədə məlumatlar verdi.
Ş.Bağırov məruzəsi zamanı Ümumilli Lider Heydər Əliyevin müasir Azərbaycan siyasi sisteminin formalaşmasında da müstəsna rolunu xüsusi vurğulayıb.