“Qeyri-səlis məntiq konsepsiyasının elmi metodoloji əsasları” adlı monoqrafiya nəşr olunub
Fəlsəfə İnstitutunun Elmi Şurasının 23 aprel 2019-cu il tarixli iclasının 5 saylı qərarına əsasən çap olunan kitabın elmi redaktoru Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, rəyçiləri isə fəlsəfə elmləri doktoru, professor Əziz Məmmədov, fəlsəfə elmləri doktoru, professor Əli Abasovdur.
Monoqrafiyada L.Zadənin qeyri-səlis məntiqi konsepsiyasının konseptual və metodoloji xüsusiyyətləri araşdırılır.

