“Mədəniyyətlərin dialoqu və müasir dövrün çağrışları” kitabı Rusiyalı alimlərin marağına səbəb olub
Görüşdə Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə qonaqları salamlayaraq onları Fəlsəfə İnstitutunda görməkdən məmnun olduğunu ifadə edərək, institutun fəaliyyəti və gördüyü işlər haqqında ətraflı məlumat verdi.Qonaqlar Heydər Əliyevin xatirəsinə həsr edilmiş Bakı forumunun materialları əsasında nəşr olunmuş “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağrışları” kitabı ilə maraqlanlıblar. İlham Məmmədzadə qonaqların marağına səbəb olan həmin kitabı onlara hədiyyə edib.
Qeyd edək ki, görüş zamanı hər iki qurum arasında birgə əməkdaşlıq barədə razılığa gəlindi.
Akademik Taliya Xabriyeva qonaqpərvəliyə görə institut rəhbərliyinə öz təşəkkür edərək birgə elmi əməkdaşlığın hər iki qurum üçün faydalı olacağını qeyd edib. Hədiyyə edilən kitab üçün isə ayrıca minnətdarlığını bildirib.

