“İpək Yolu ölkələrində mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi” adlı virtual laboratoriyanın birinci iclası keçirilmişdir
1 aprel 2019-cu il tarixində Fəlsəfə İnstitutunda yaradılmış “İpək Yolu ölkələrində mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi” adlı virtual laboratoriyanın birinci iclası keçirilmişdir.1. İclasda fikir mübadiləsi nəticəsində laboratoriyanın məqsəd və vəzifələri, iştirak edən alim heyəti müəyyənləşdirilmiş;
2. İştirakçıların tədqiq etdikləri problem və yerinə yetirilməli olan öhdəliklər aydınlaşdırılmışdı;
3. Seminar planlarının və onların nəticəsini əks etdirən almanaxın hazırlanması və müzakirəsi təsdiq edilmişdir.

