01.03.2019, 17:10 - Baxış sayı: 861

Fəlsəfə İnstitutunun Qadınlar Təşkilatının iclası keçirilib


Fəlsəfə İnstitutunun Qadınlar Təşkilatının iclası keçirilib AMEA Fəlsəfə İnstitutunun Qadınlar Təşkilatının təşəbbüsü ilə İnstitutda “Qadınlarımızı yaxından tanıyaq” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, f.e.d., professor İlham Məmmədzadə Qadınlar Təşkilatının işinə uğurlar arzulayaraq, qadınların cəmiyyətdə, xüsusən də elmdəki nailiyyətlərindən söz açdı.
Sonra Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dosent Eynulla Mədətli çıxış edərək qeyd etdi ki, İnstitutumuzda istedadlı gənc şairə xanımların olması çox qürurverici haldır: “Əlbəttə, bədii yaradıcılıqla məşğul olan, xüsusilə şeirləri ilə ölkəmizdə tanınan kişi əməkdaşlarımız da vardır. Lakin şairə xanımlarımız, xüsusən Gülşən Allahverdiyevanın şeirləri daha çox diqqətimizi cəlb etdi”. Bu şeirlərin bir çoxuna mahnılar bəslənməsinin ürək açan bir hald olduğunu bildirən Eynulla Mədətli İnstitutut əməkdaşlarına bədii yaradıcılığında uğurlar arzuladı.
Daha sonra söz alan Fəlsəfə İnstitutunun Qadınlar Təşkilatının sədri Lalə Mövsümova rəhbərlik etdiyi təşkilatın yarandığı gündən indiyə kimi fəaliyyəti haqqında ətraflı məlumat verdi. Həmçinin xanımların fəaliyyətindən və yaradıcılıq sahəsindəki uğurları haqqında məlumat verdi.
Tədbirdə İnstitutun “Sosiologiya” şöbəsinin aparıcı elmi işçisi Gülşən Allahverdiyeva, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçiləri - Siyasi elmlər üzrə fəlsəfə doktoru M.Sərdarov və Fəlsəfə tarixi üzrə fəlsəfə doktoru Ə.İbrahimov çıxış edərək öz şeirlərini söylədilər. Eləcə də İnstitutun əməkdaşları fil.ü.f.d. Zöhrə Əliyeva və f.ü.f.d. Mətanət Şəkixanova apardıqları xeyriyyəçilik fəaliyyətləri ilə bağlı təəssüratlarını bölüşdülər.
Fəlsəfə İnstitutunun Qadınlar Təşkilatının iclası keçirilib
Fəlsəfə İnstitutunun Qadınlar Təşkilatının iclası keçirilib
Fəlsəfə İnstitutunun Qadınlar Təşkilatının iclası keçirilib