28.02.2019, 15:38 - Baxış sayı: 895

Fəlsəfə İnstitutunda “Nəsimi - Küfr və İman arasında” mövzusunda seminar keçirilib


Fəlsəfə İnstitutunda “Nəsimi - Küfr və İman arasında” mövzusunda seminar keçirilibBu gün AMEA Fəlsəfə İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi.
Seminarda AMEA Fəlsəfə İnstitutunun “İslam fəlsəfəsi” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Nəsimi - Küfr və İman arasında” mövzusunda məruzə ilə çıxış edib.
Könül Bünyadzadə Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsinin əhəmiyyətini qeyd edərək, təsəvvüf hikmətində Nəsimi məqamından, Nəsimi yaradıcılığının “Ənəl Həqq” zirvəsi və müasir düşüncə sistemində Nəsiminin nə dərəcədə aktual olması məsələlərinə toxunaraq geniş məruzə ilə çıxış etdi.
Seminar Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadənin, institutut əməkdaşlarından Estetika şöbəsinin müdiri, f.e.d. Adil Əsədovun, f.ü.f.d. Müstəqil Ağayevin, s.ü.f.d. Ruşan Ruşanzadənin, f.e.d. Rəfail Əhmədlinin, f.ü.f.d. İradə Zərqanayevanın, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı f.e.ü.f. d. Sevinc Əliyevanın, Fəlsəfə İnstitutunun ümumi işlər üzrə direktor müavini Qabil Camalovun, f.e.d. Fizuli Qurbanovun, Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dosent Eynulla Mədətlinin, f.ü.f.d. Əli İbrahomovun, tələbələrin və digər qonaqların qarşılıqlı müzakirələri ilə öz işini yekunlaşdırdı.
Fəlsəfə İnstitutunda “Nəsimi - Küfr və İman arasında” mövzusunda seminar keçirilib
Fəlsəfə İnstitutunda “Nəsimi - Küfr və İman arasında” mövzusunda seminar keçirilib
Fəlsəfə İnstitutunda “Nəsimi - Küfr və İman arasında” mövzusunda seminar keçirilib