Beynəlxalq elmi əməkdaşlıq onlayn müzakirə olunub
Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutu ilə Türkiyənin Ərzincan Universiteti, Özbəkistanın Kokand Universitetinin birgə təşkilatçılığı ilə beynəlxalq elmi konfransın təşkilati məsələləri ilə bağlı onlayn formatda görüşü keçirilib.
Görüşdə Azərbaycan Türkiyə və Özbəkistan alimləri arasında elmi əməkdaşlığın genişləndirilməsi, fəlsəfə və sosial elmlər sahəsində birgə tədqiqatların aparılması, müasir dövrün aktual elmi və ictimai problemləri, elmi müəssisələri arasında qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi məsələlərinə toxunulub.
Çıxışlarda Azərbaycan–Türkiyə, Özbəkistan elmi əlaqələrinin mövcud vəziyyəti və gələcək perspektivləri diqqət mərkəzində saxlanılıb.
Onlayn görüşdə təşkilat komitəsinin üzvləri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d.,professor İlham Məmmədzadə, f.e.d. Füzuli Qurbanov, f.ü.f.d., dosent Həbib Hüseynov, ümumi işlər üzrə direktor müavini Qabil Camalov, Türkiyənin Ərzincan Universitetinin professoru Kərəm Karabulut, Kokand Universitetinin Akademik işlər üzrə prorektoru Jamoliddin Kambarov müasir fəlsəfə və sosial elmlərin aktual problemləri, Azərbaycan–Türkiyə, Özbəkistan elmi əlaqələrinin inkişaf perspektivləri, süni intellekt, humanitar, daimi birgə tədqiqatların və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

