22.07.2026, 19:19 - Baxış sayı: 5

"Milli mətbuatın missiyası və müasir dövrün çağırışları" mövzusunda konfrans keçirilib


AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Şölət Zeynalov II Qarabağ savaşından sonra mətbuatın qarşısında yeni çağırışların yarandığını vurğulayıb. O, informasiyanı doğru şəkildə çatdırmağın çox çətin bir prosesə çevrildiyini qeyd edib. Alim Şuşa Qlobal Forumundan, Azərbaycanın Orta Güc statusundan da söz açıb.

Konfransda, həmçinin “Müasir İnkişaf” İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, BDU-nun müəllimi Mübariz Göyüşlü, millət vəkili, professor Vüqar Rəhimzadə, Türkiyənin Üsküdar Universitetinin professoru Əbülfəz Süleymanlı, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev, “Bakı-Nürnberg” Mədəniyyət və Təhsil Mərkəzinin İdarə Heyətinin sədri, texnika elmləri doktoru Yaşar Musayev, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta və bir sıra mötəbər şəxslər iştirak edib, çıxışlarında medianın internet və süni intellekt dövrünə uyğun transformasiyasının əhəmiyyətini, gələcəkdə türk ölkələri arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümünə həsr olunmuş konfrans “Müasir İnkişaf” İctimai Birliyi və Crossmedia.az Analitik İnformasiya Portalının birgə təşkilatçılığı ilə həyata keçirilib.