Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasi kursu inamla və uğurla davam etdirir
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasi kursu inamla və uğurla davam etdirir”adlı məqaləsində1993-cü ilin iyununda cənab Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdığından və bundan sonra qısa müddət ərzində istər milli müstəqilliyimizin qorunub saxlanılması, müstəqil dövlət quruculuğu yönündə aparılan məqsədyönlü siyasət barədə qeydlərini vurğulayıb. Dosent bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə ölkədəki dərin siyasi-iqtisadi böhran aradan qaldırıldı və müstəqilliyimizin qorunub saxlanılması istiqamətində həlledici dönüş baş verdi.
Alim məqaləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və qətiyyətli siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilməsindən bəhs edib. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik kursunun uğurlu davamı olaraq, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində suverenliyi bərpa olunmuşdur.- deyə G. Məlikli vurğulayıb.


