Prezident İlham Əliyevin növbəti böyük qələbəsi, Azərbaycanın şəhərsalma fəlsəfəsi - dünya liderliyinə gedən tarixi, şərəfli yoldur
Prezident İlham Əliyevin növbəti böyük qələbəsi, Azərbaycanın şəhərsalma fəlsəfəsi - dünya liderliyinə gedən tarixi, şərəfli yoldur
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel məlikli “Prezident İlham Əliyevin növbəti böyük qələbəsi, Azərbaycanın şəhərsalma fəlsəfəsi - dünya liderliyinə gedən tarixi, şərəfli yoldur” adlı məqaləsində Ümumdünya Şəhərsalma Forumu dünyanın aparıcı konfranslarından biri hesab olunduğu söyləyib.
Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev şəhərsalma məsələlərini dövlət siyasətinin prioritetlərindən biri elan edir. Bakı, 17-22 May 2026-cı il tarixlərində BMT-nin Məskunlaşma və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edir. Dosent məqaləsində Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi ən mühüm nailiyyət olmaqla, Azərbaycanda inkişafın uğurları dünya liderliyinə gedən tarixi, şərəfli yol olduğunu vurğulayıb. Dünyanın ən böyük və mötəbər tədbirlərindən biri olan (WUF13) ev sahibliyi etməsi ölkəmizin ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti böyük qələbəsi, ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq təzahürü olduğunu söyləyib.
Azərbaycan beynəlxalq dialoq platformalarının ünvanına çevrilib. Prezident İlham Əliyevin uzaqgörən strategiyası sayəsində Bakıda dünyanın şəhərsalma gündəliyi müəyyən edilir. Prezident İlham Əliyevin bu mühüm qlobal missiyanın Azərbaycana həvalə edilməsinə görə təşəkkürünü bildirməsi və səmərəli əməkdaşlığı vurğulaması ölkəmizin beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsini göstərir. Cənab prezident İlham Əliyev qeyd etdiyi kimi: Beləliklə, WUF13 platforması çərçivəsində Bakıdan səslənən bəyanatlar, Azərbaycanın şəhərsalma fəlsəfəsinin reallığını əks etdirir. – deyə G. Məlikli vurğulayıb.


