Ulu Öndər Heydər Əliyevin Zərifə xanım Əliyevaya olan sonsuz sevgisi bütün nəsillərə örnəkdir

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Ulu öndər Heydər Əliyev Zərifə xanım Əliyevaya olan sonsuz sevgisi bütöv nəsillərə örnəkdir” adlı məqaləsində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın böyük elmi irsi, oftalmologiyanın sahələri üzrə apardığı tədqiqatlar, ərsəyə gətirdiyi fundamental əsərlər Azərbaycan elminə böyük töhfə olduğunu bildirərək, Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi bütün alimlər üçün dərindən öyrənilməli məktəb olduğunu söyləmişdir. Dosent məqalədə Ulu öndər Heydər Əliyevin Zərifə xanım Əliyevaya olan sonsuz sevgisindən bəhs etmişdir. Cənab Prezident İlham Əliyevin Zərifə Əliyeva haqqında çıxışını qeyd etmişdir. Zərifə xanım Əliyevanın qəbirüstü heykəlinin açılışı günü ulu öndər Heydər Əliyevin ürək ağrısı, böyük sevgisi bütün gənclərə nümunədir- deyə G. Məlikli vurğulayıb.


