“Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” adlı toplu nəşr edilmişdir (V)
“Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq” elmi məqalələr toplusunun 5-ci sayı nəşr olunub. (Bakı, “Bəxtiyar-4” İstehsalat kommersiya firmasının mətbəəsi, 2025, - 319 s.)
Toplu AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbəsində hazırlanmış, Fəlsəfə və Sosiologiya İnstitutu Elmi Şurasının 2025-ci il 24 noyabr tarixli, 8 saylı iclasının qərarı ilə çapa məsləhət görülmüşdür.
Kitabın elmi məsləhətçisi AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə, elmi redaktoru tarix elmləri doktoru, elmi işlər üzrə direktor müavini Eynulla Mədətli, redaktoru elmi işçi Telman Quliyev, tərtibatçı Mehriban Əliyevadır.
Beşinci topluda Ulu Öndər Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsinə dair nəşr olunan müdrik siyasətçi, müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu Heydər Əliyevin milli dövlətçilik siyasətinin mühüm məqamları, xüsusilə ölkəmizin inkişafının müasir mərhələsi üçün mühüm əhəmiyyət daşıyan cəhətləri araşdırılır. Bu zəngin irsdəki milli kimlik, milli-mənəvi dəyərlər, azərbaycançılıq ideologiyası, dövlət quruculuğunda tarixi və sosial yaddaş, dil və siyasət məsələləri, etik prinsiplər və dövlətçiliyimizi gücləndirən digər amillər təhlil olunur. Heydər Əliyevin siyasi irsi liderlik, dövlətçilik və müasirlik kontekstində tədqiq edilir.
Kitabda Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin sülh, əməkdaşlıq və quruculuq fəlsəfəsi araşdırılır və təhlil edilir.
Kitab elmi ictimaiyyət və geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.

