"Biliklər cəmiyyəti: yeni mərhələ, yoxsa tarixi davam" mövzusunda seminar keçirilmişdir
AMEA-nın Fəlsəfə va Sosiologiya İnstitutunun "Rəqəmsal inkişaf və süni intellektin fəlsəfəsi" şöbəsində 4 mart 2026-cı il tarixində doktorant Ayxan Ədalət oğlu Mustafanın "Biliklər cəmiyyəti: yeni mərhələ, yoxsa tarixi davam" mövzusunda seminarı keçirilmişdir. Seminarı şöbə müdiri f.ü.f.d Məhəmməd Cəbrayılov açaraq sözü məruzəçi doktorant Ayxan Mustafaya verib. Məruzəçi çıxışında biliklər cəmiyyəti anlayışı va onun müasir mərhələdəki xüsusiyyətləri hagqında geniş məlumat vermişdir. Məruzəçiyə suallar verildi va suallar ətrafında müzakirələr aparıldı.
F.ü.f.d Məhəmməd Cəbrayılov digər məsələlər ətrafında çıxış etdi. Daha sonra seminarda f.ü.f.d. Firuzə Əliyeva, elmi işçi İlhamə Hüseyinova, baş mütəxəssis Rizvan Abbasov, elmi araşdırmaçı Namiq Məmmədov mövzu ətrafında çıxışlar etmiş, məruzəçiyə suallar vermiş, çıxışlar ətrafında müzakirələr aparılmışdır. Bu müzakirələr zamanı seminar iştirakçıları doktoranta mövzunun elmi akademik səviyyəsini artırmaq üçün daha müasir va yeni dövrün çağırışlarına cavab verən müəlliflərin elmi əsaslarından istifadə etməyi, mövzunun əsasını təşkil edən bilik cəmiyyəti, texnoloji determinizm va süni intellekt texnologiyaları arasında, vacib dialoqların müəyyənləşdirilməsi üçün komporotivist (müqayisəli) metoddan istifadə edilməsini tövsiyyə etdilər.


