Filosof alimin Şəhərsalma və Memarlıq ilinin kontekstində fəlsəfi-etika mövzusunda məqaləsi nüfuzlu jurnalda nəşr olunub

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, multikulturalizm və azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın 2026-cı il Şəhərsalma və Memarlıq ilinin kontekstində fəlsəfi-etika mövzusunda “Qədim Türk-Azərbaycan abidələrində etik və mənəvi dəyərlər” (“Ethical and moral values in ancient Turkish-Azerbaijani monuments”) adlı məqaləsi Hindistanın Xian Arxitektura və Texnologiya Universitetinin Architecture & Technology Scopus impakt faktorlu jurnalında (ISSN No: 1006-7930. İmpakt faktor : 6.1. Volume XVIII, Issue 2, 2026. Page No: 44-50 https://doi .org/1 0.378 96/ JXAT 18.2/5103) çap olunub.
Mövzunun aktuallığını, yeniliyini və yüksək elmi səviyyəsini nəzərə alan Architecture & Technology Scopus impakt faktorlu jurnalın redaksiya heyəti alimi sertifikatla təltif edib.
“Qədim Türk-Azərbaycan abidələrində etik və mənəvi dəyərlər” başlıqlı məqalədə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn elmi vəzifələr önə çəkilməklə dünyanın ən qədim xalqlarından biri olan Azərbaycanda identiklik fenomeni, o cümlədən tarixi insan məskənlərinə, qədim abidələrə, şəhərlərə, kəndlərə və bu ərazinin sosial inkişafına xüsusi dövlət nəzarətindən bəhs olunur. Eyni zamanda Azərbaycan ərazisində tarixi minillərə gedib çıxan yaşayış məntəqələri, şəhərlər və abidələrin mənəvi-etik mahiyyət kəsb edən xüsusiyyətləri dolğun faktlarla təhil edilib, qiymətləndirilir.
Konkret olaraq təqdim olunan məqalədə 1.1. Qısa tarixi icmal, 1.2 Qədim türk-Azərbaycan yaşayış məntəqəsinin etnik mədəni kimliyi. “Qobustan yaşayış məntəqəsi; 2.1 Qobustan bölgəsinin qayaüstü rəsmlərində yerli əhalinin ünsiyyət və dialoqunun mənəvi dəyəri; 2.2. “Azərbaycanın tarixi şəhərsalma və memarlıq ənənəsi dövlət siyasətinin əsası kimi” və s. başlıqlı mövzular qədim Türk-Azərbaycan yaşayış məntəqəsi olan Qobustan qaya abidələrində xalq identikliyi və etik və mənəvi dəyərlər mövzusunu əhatə edir.
https://science.gov.az/az/news/open/34929




