TRİPP “Infrastruktur diplomatiyası nümunəsi kimi” mövzusunda elmi seminar keçirilib
Yanvarın 30-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda TRİPP “Infrastruktur diplomatiyası nümunəsi kimi” mövzusunda “İdrak nəzəriyyəsi və məntiq”, “Siyasətin fəlsəfəsi və sosiologiya” və “Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq” şöbələrinin birgə elmi seminarı keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə seminarın aktuallığını vurğulayaraq bildirib ki, TRİPP infrastruktur diplomatiyasının müasir beynəlxalq münasibətlər sistemində artan rolunu aydın şəkildə nümayiş etdirən mühüm nümunədir. İnfrastruktur diplomatiyası müasir Azərbaycanın gücünün əsas təzahürlərindən biri kimi Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır.
Seminarda f.e.d. Füzuli Qurbanov çxış edərək, infrastruktur diplomatiyasının beynəlxalq munasibətlərdə infrastrukturun strateji roluna həsr olunduğunu, TRİPP təşəbbüsünün regional əməkdaşlığın gücləndirilməsində, iqtisadi inteqrasiyanın dərinləşdirilməsində və geosiyasi dialoqun inkişafında oynadığı rol elmi-nəzəri və praktik aspektlərdən təhlil edib.
Seminar zamanı infrastruktur diplomatiyası anlayışının əsasları,onun klassik diplomatiya formalarında fərqləndirici cəhətləri, iqtisadi maraqlarla siyasi məqsədlərin uzlaşdırılmasının mümkünlüyünü göstərir və dövlətlərarası əməkdaşlığın dayanıqlı modelini təqdim edir. İnfrastruktur diplomatiyasının gələcəkdə daha da əhəmiyyət qazanacağı nəzərə alınarsa, TRİPP kimi təşəbbüslərin beynəlxalq münasibətlərdə rolu artmağa davam edəcəkdir.
Zəngəzur Dəhlizinin əsas strateji əhəmiyyəti onun yalnız iqtisadi deyil, eyni zamanda diplomatik və geosiyasi alət kimi çıxış etməsidir. Azərbaycan Respublikası infrastruktur diplomatiyasını uğurla həyata keçirən dövlətlər sırasındadır. Nəqliyyat, enerji, kommunikasiya kimi strateji istiqamətlər üzrə təşəbbüskar və yaxud aktiv iştirakçısı olduğu layihələr dövlətin diplomatiyanın bu istiqamətli səylərinin nəticəsidir.
Sonra “Siyasətin fəlsəfəsi və sosiologiya” şöbəsinin müdiri fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə çıxışında infrastruktur diplomatiyası yalnız iqtisadi və texniki vasitə olmaqla qalmır, həm də dövlətlərin regional və qlobal səviyyədə strateji nüfuzunu artırmaq üçün effektiv bir diplomatik alət kimi ön plana çıxır. Bu sahədə uğurlu siyasət, dövlətlərin iqtisadi imkanlarını genişləndirməklə yanaşı, beynəlxalq münasibətlərdə dayanıqlı və uzunmüddətli əlaqələrin qurulmasına xidmət edir və müasir zamanda "güc diplomatiyası" önə keçir.- deyə vurğulayıb.
Daha sonra “Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq” şöbəsinin müdiri s.e.ü.f.d. Samirə Həbibbəyli çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası infrastruktur diplomatiyasını uğurla həyata keçirən dövlətlər sırasındadır. Nəqliyyat, enerji, kommunikasiya kimi strateji istiqamətlər üzrə təşəbbüskar və yaxud aktiv iştirakçısı olduğu layihələr dövlətin diplomatiyanın bu istiqamətli səylərinin nəticəsidir.
Tədbirdə elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, siyasi elmlər doktoru Adil Mirabdullayev, aparıcı elmi işçi ,f.ü.f.d., dosent Əli İbrahimov, aparıcı elmi işçi, f.ü.f.d., dosent İradə Zərqanayeva, f.ü.f.d, dosent, Şölət Zeynalov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, ümumi işlər üzrə direktor müavini Qabil Camalov çıxışlar edərək mövzu ətrafında öz fikirlərini bölüşüblər.








