30.01.2026, 10:35 - Baxış sayı: 6

Elmi işçi Alidə Zeynalova sertifikatlarla təltif olunub


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Alidə Zeynalovanın yanvar ayında “Formation of the digital subject in the context of information civilization: ontological and axiological challenges” (“İnformasiya sivilizasiyası kontekstində rəqəmsal mövzunun formalaşması: ontoloji və aksioloji problemlər”) və “Pedagogy of the past and the future: the role of artificial intelligence in the transformation of education” (“Keçmişin və gələcəyin pedaqogikası: təhsil transformasiyasında süni intellektin rolu”) adlı məqalələri impakt faktorlu (Ulrich's Periodicals Directory,İndex Copernicus) beynəlxalq elmi jurnalda nəşr olunub və hər iki mövzu sertifikatla təltif olunub.
Onu da qeyd edək ki, cari ilin yanvar ayında Alidə Zeynalovanın Google Scholar profilində h-indeksi 2-yə yüksəlib.