Prezident İlham Əliyevin təqdirəlayiq fəaliyyəti biz gənclərə uğur qazanmaqda hər zaman stimul verir
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Prezident İlham Əliyevin təqdirəlayiq fəaliyyəti biz gənclərə uğur qazanmaqda hər zaman stimul verir” adlı məqaləsində Prezident İlham Əliyevin son 23 il ərzində gənclərə diqqət və qayğısından bəhs edib. Bildirib ki, Azərbaycan dövləti gənclər siyasətini prioritet istiqamət kimi diqqət mərkəzində saxlamaqla, gəncliyin cəmiyyətin inkişafında sosial təbəqəyə çevrilməsinə, demokratikləşmədə, sosial-iqtisadi sahələrdə uğurlar əldə etməsinə, islahatların gerçəkləşdirilməsi prosesinə qoşulmasına dəstək verir.
Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Dosent bildirir ki, Azərbaycan gəncləri Vətənini sevir və cənab Prezidentimizin ətrafında sıx birləşirlər. Prezident İlham Əliyev əmindir ki, Azərbaycan gəncləri ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini bundan sonra da daha dərindən mənimsəməsi işinə töhfə verəcək, ulu öndərin dövlətçilik ənənələrinin qorunub saxlanılması ilə bağlı üzərlərinə düşən məsuliyyəti daim hiss edəcəklər. Cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağında iştirakı və mükəmməl, dərin məzmunlu nitqi biz gənc alimlər üçün böyük bayram oldu. Prezident çıxışında vurğuladı ki, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafina öz töhfələrini verməlidirlər.
Ümid edirəm ki, biz alimlər də Prezident İlham Əliyevin şərəfli yolununun əsgəri olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyik. Ölkə gəncləri adından ölkəmizin inkişafı və dövlətçiliyimizin möhkəmlənməsi yolunda göstərdiyiniz xidmətlərə görə Cənab Prezidentə dərin minnətdarlığımızı bildiririk.- deyə G. Məlikli vurğulayıb.

