21.01.2026, 16:56 - Baxış sayı: 37

Azərbaycanlı filosofun məqaləsi Çində Scopus bazasında indekisləşən jurnalda dərc edilib


AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, multikulturalizm və azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Cop 29 kontekstində insan və etika probleminin fəlsəfi - antropoloji təhlili” (Human and Ethical Problem in the Context of COP 29. Philosophical - Anthropological Analysis) adlı məqaləsi Çində çap olunan Studies in Science of Sceince jurnalında (Volume 44. No 1nom.. 2026. ISSN 1003-2053. http://www. davidpublisher. org/Public/ uploads/ Contribute/605d5159ad178.pdf) çap olunub.

Alim məqaləsində müasir dövrdə dünya dövlətlərinin üzləşdiyi ən qlobal problem - iqlim dəyişikliklərinin həyat fəlsəfəsinə reqressiv təsirini - Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə dünyanın bir sıra güclü ölkələrində təşkil edilmiş və fəlsəfi-antropoloji elmin obyektiv və məntiqi subyektləri tərəfindən yüksək qiymətləndirilmiş İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransının (COP) təcrübəsində təhlil etmişdir.

Məqalədə Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə həyata keçirilən "Minilliyin Hesabatı" və onun əsas hissəsini təşkil edən "15 Qlobal Çağırış" sənədlərindən, eləcə də Roma Klubunun "İnsan Problemi III Hesabatı"ndan ("İnkişafın Hədləri") və s. ciddi mənbəələrdə insan və etika problemlərinin dünya həyat fəlsəfəsi üçün böyük əhəmiyyəti irəli sürülən ideyalar, qarşıya qoyulan vəzifələr təhlil edilmiş və qiymətləndirilmişdir.

Məqalənin müəllifi qlobal iqlim dəyişikliyi problemindən qurtulmağın yollarını təhlil edərkən, 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikasında keçirilmiş COP 29 tədbirlərinin əhəmiyyətini faktlar və mənbələrlə əsaslandırmağa çalışmış və buna nail olmuşdur.

Studies in Sceince of Sceince jurnalı filosof alim Xatirə Quliyevaya aktual mövzulu və dərin məzmunlu “Cop 29 kontekstində insan və etika probleminin fəlsəfi - antropoloji təhlili” (Human and Ethical Problem in the Context of COP 29. Philosophical - Anthropological Analysis) məqaləsinə görə təşəkkür məktubu ünvanlamışdır.

https://science.gov.az/az/news/open/34706