15.01.2026, 12:26 - Baxış sayı: 83

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsi - ölkəmizin elmi nüfuzu


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin “ Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsi - ölkəmizin elmi nüfuzu” adlı məqaləsi Ədalət qəzetində çap olunub. Məqalədə alim hazırda Prezident İlham Əliyevin Azərbaycan gəncliyinin elm sahəsindəki maraqlarının inkişafına diqqət və qayğısının sayəsində Azər­baycan gəncliyi özünün intibah dövrü­nü yaşadığını bildirib.

Dosent Prezident İlham Əliyevin çıxışı Azərbaycan elminin inkişafının daha zirvəyə çatmasına xidmət etdiyini söyləyib. Dövlət başçısının səsləndirdiyi fikirlər alimlərin, xüsusilə də gənclərin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Azərbaycanı qalib dövlətə çevirmək strategiyası və bacarığı təkcə gənc nəsil və gələcək nəsillər üçün nümunə olacaqdır. Azər­baycan Respublikası Prezident cənab İlham Əliyevin titanik fəaliyyəti ilə daha yüksək zirvələri fəth edəcəkdir.- deyə G. Məlikli vurğulayıb.

adalet.az/az