12.01.2026, 16:17 - Baxış sayı: 31

Hafizə İmanova İctimai Tv-nin Din və Cəmiyyət verilişinin qonağı olub


Elmi işçi Hafizə İmanova İctimai Tv-nin Din və Cəmiyyət verilişinin qonağı olub. Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin elmi işçisi Hafizə İmanova İctimai Tv-nin Din və Cəmiyyət verilişində İslam fəlsəfəsində ətraf mühitə münasibətdən danışıb. O, Sufi alimləri İbn Arabi kimi alimlərin timsalında nümunələr gətirərək təbiəti Allahın təcəllisi, kəlimələr toplusu kimi təqdim etmişdir. Hafizə İmanova eyni zamanda milli-mənəvi dəyərlərimizdə ətraf mühitə münasibət və təbiətin önəmindən bəhs etmişdir. O, sonda Cənab Prezidentin uğurlu siyasətinin ətraf mühit və ekologiya sahəsinin inkişafına xidmət edərək Azərbaycanın COP29 kimi beynəlxalq tədbirə ev sahibliyi etməsinə, yeni perspektivlərin inkişafına yol açdığını da vurğulayaraq dünyaya ədalətli və örnək bir nümunə olduğumuzu da qeyd etmişdir.