08.01.2026, 12:05 - Baxış sayı: 75

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi tarixi müsahibəsi – inkişaf strategiyası


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi tarixi müsahibəsi – inkişaf strategiyası” adlı məqaləsində Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlı olduğunu, Cənab İlham Əliyevin yüksək nüfuzu, müdrikliyi, novatorluq və digər keyfiyyətləri özündə təcəssüm etdirən lider kimi dövlətimizin inkişafı, mənəvi dəyərlərimizi qorunması, xalqın güzəranının yaxşılaşması istiqamətində səylə çalışdığını bildirir. Və Dünya mediasının diqqət mərkəzində olan möhtərəm prezident İlham Əliyevin müsahibələri ənənəvi xarakter daşıdığını qeyd edir.

Dosent bildirir ki, bu tarixi müsahibə, Prezident İlham Əliyevin dünyaya təqdim etdiyi sabitlik mesajıdır. Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın gələcək strateji hədəflərini, inkişaf yolunu müəyyən etdiyini vurğulayır. Bu gün ölkəmizin inkişafında və dünya səviyyəsində tanınmasına sə­bəb olan təcrü­bəli diplomat, Prezident İlham Əliyev məhz gənc yaşlarında yiyələndiyi diplomatiyanın bütün sirlə­rindən məharətlə istifadə edən siyasi xadim beynəlxalq arenada Azərbayca­nın maraq və mənafelərini qorumuş­dur. Alim qeyd edir ki, Prezident İlham Əliyevin Akademiyanın tədbirinə gəlməsi biz alimlərin həyatında müstəsna rol oynamışdır. Prezident İlham Əliyevin çıxışı Azərbaycan elminin inkişafının daha zirvəyə çatmasına xidmət edəəkdir. Hazırda Prezident İlham Əliyevin Azərbaycan gəncliyinin elm sahəsindəki maraqlarının inkişafına diqqət və qayğısının sayəsində Azər­baycan gəncliyi özünün intibah dövrü­nü yaşayır. Dövlət başçısının səsləndirdiyi fikirlər alimlərin, xüsusilə də gənclərin diqqət mərkəzindədir.

Prezident İlham Əliyevin Azərbaycanı qalib dövlətə çevirmək strategiyası və bacarığı təkcə gənc nəsil və gələcək nəsillər üçün nümunə olacaqdır. Azər­baycan Respublikası Prezident cənab İlham Əliyevin titanik fəaliyyəti ilə daha yüksək zirvələri fəth edəcəkdir.- deyə G. Məlikli vurğulayıb.

https://science.gov.az/az/news/open/34579