06.01.2026, 14:45 - Baxış sayı: 28

Özbəkistanlı alimlər Fəlsəfə və Sosiologiya İnstitutunda olublar


Özbəkistan Respublikasının Çirçik Dövlət Pedaqoji İnstitutunun alimləri AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda qonaq olublar. Görüşdə Abdullayeva Qabxar Sanapbayevna (professor), Raxmatova Dulgəyza Uçkunovna (dosent), Burneva Kubruo Ərqouevna (böyük elmi işçi), Metliova Mutoqbar Sayqəullaevna (dosent), Burteşova Aliya Burxanovna (böyük elmi işçi), Ərqaşeva Malika Xakumənovna (böyük elmi işçi, ÇTBTU), eləcə də Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin sosiologiya kafedrasının dosenti, s.ü.f.d. Əliyeva Yaqut iştirak ediblər.

Görüş zamanı fəlsəfə, sosiologiya və psixologiya sahələrində elmi əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədqiqatların aparılması və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub. Qonaqlar bu sahələr üzrə əlaqələrin gücləndirilməsi baxımından bir sıra təkliflərlə çıxış ediblər.