Baş elmi işçinin monoqrafiyası beynəlxalq nüfuzlu jurnalda qeydə alınıb
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Aydın A. Əlizadənin “Communal Economy in Azerbaijan during the Khrushchev Reforms (1953–1963)” adlı monoqrafiyası postsovet məkanı və evro-asiya tədqiqatları sahəsində aparıcı beynəlxalq elmi nəşrlərdən biri olan Europe-Asia Studies (Taylor & Francis) jurnalının “Books Received” bölməsində yer alıb (Volume 77, Issue 8, 2025).
Jurnalın müvafiq buraxılışı: Europe-Asia Studies, Vol. 77, Issue 8.
Link: https://www.tandfonline.com/doi/full/10.1080/09668136.2025.2552081
Bu fakt monoqrafiyanın beynəlxalq akademik ictimaiyyət tərəfindən diqqətə layiq görülməsini təsdiqləyir. Jurnal redaksiyası yüzlərlə daxil olan nəşrlər arasından yalnız aktual, elmi cəhətdən dəyərli və tematiqaya uyğun olanları “Books Received” bölməsində qeydə alır.
Monoqrafiyanın DOI ilə rəsmi qeydiyyatı və Scopus, Web of Science kimi nüfuzlu bazalarda indeksləşməsi əsərin dünya miqyasında mütəxəssislər üçün əlçatanlığını təmin edir.
Bu nailiyyət Azərbaycan elminin beynəlxalq akademik məkanla inteqrasiyasının daha bir nümunəsidir və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun qlobal miqyasda tanınmasına əhəmiyyətli töhfə verir.
Həmçinin qeyd etmək yerinə düşər ki, monoqrafiya Zenodo və SSRN açıq elmi repozitoriyalarında dərc olunduqdan sonra cəmi yarım il ərzində istifadəçilər tərəfindən 300 dəfədən çox yüklənib və getdikcə artmaq dinamikası vardır. Bu, əsərə beynəlxalq elmi ictimaiyyətin yüksək marağını, open access modelinin effektivliyini və Azərbaycanın sovet dövrü tarixi sosiologiyasına qlobal akademik diqqətin artdığını göstərir. Belə statistika monoqrafiyanın uğurla dövriyyəyə buraxıldığını və gələcəkdə potensial sitatlılığının yüksək olacağını proqnozlaşdırmağa əsas verir.
Monoqrafiya haqqında qısa məlumat
- Adı — Communal Economy in Azerbaijan during the Khrushchev Reforms (1953–1963). A Historical-Sociological Study. — 2025. — VIII, 260 p. (preprint) [Azərbaycan dilində: “Xruşşov islahatları dövründə Azərbaycanda kommunal təsərrüfat. Tarixi-sosioloji araşdırma.” — 2025. — VIII, 260 s.]
- Yerləşdirildiyi repozitoriyalar:
- Zenodo və SSRN açıq elmi repozitoriyalarda (ingilis versiyası): https://doi.org/10.5281/zenodo.18113267
- Rusiya Dövlət Kitabxanası (rus versiyası): https://search.rsl.ru/ru/record/01013238528
Tövsiyyə olunması — AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 30 aprel 2024-cü il tarixli iclasının 2 saylı protokolu (DOI: https://doi.org/10.5281/zenodo.18137621) Elmi redaktor — Hüseyn Qaraşov, sosiologiya elmləri doktoru Rəylər:
-
- Fərhad Rəhmanov – iqtisad elmləri doktoru
- Rəfail Mehralıyev – Bakı Şəhər İcra Hakimiyyəti (DOI: https://doi.org/10.5281/zenodo.18114218)
- İ.A. Dolmatov – Rusiya Ali İqtisad Məktəbi (DOI: https://doi.org/10.5281/zenodo.18113345)
Xülasə
Monoqrafiyada SSRİ-də stalinizmi əvəz edən Xruşşov islahatları dövründə Azərbaycanın şəhər və qəsəbələrində ictimai həyatın səviyyəsini yüksəldən irimiqyaslı kommunal layihələrin həyata keçirilməsi prosesi tarixi-sosioloji aspektlərdən araşdırılır. Bu dövrdə respublikada görülən işlər gələcək ictimai inkişafın əsaslarını qoymuşdur. Tədqiqatda kommunal təsərrüfat obyektlərinin tikintisi və təmiri, yaşayış ərazilərinin abadlaşdırılması, istirahət zonalarının təşkili, elektrikləşdirmə, qazlaşdırma və su təchizatı problemləri təhlil olunur, həmçinin bu sahələrin idarə edilməsi məsələlərinə xüsusi diqqət yetirilir.
Əsər humanitar və texniki elmlər sahəsinin mütəxəssisləri, kommunal sahə işçiləri, təsərrüfatçılar və iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə uzmanlar üçün praktiki əhəmiyyət kəsb edir. Eyni zamanda, sovet dövrü Azərbaycanının və Cənubi Qafqazın iqtisadi-təsərrüfat tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün dəyərlidir.

