Professor İlham Məmmədzadə süni intellektin fəlsəfi məzmunu ilə bağlı müsahibə verib
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., prof. İlham Məmmədzadə süni intellektin fəlsəfi məzmunu, insan şüurunun texnoloji transformasiya fonunda dəyişən rolu və rəqəmsal dövrdə humanizmin yeni məzmunu haqqında müsahibə verib.
Söhbət zamanı texno-humanizm, post-humanizm kimi fəlsəfi istiqamətlərin süni intellekt kontekstində yenidən dəyərləndirilməsi, həmçinin insan–alqoritm münasibətinin etik və ontoloji sərhədləri müzakirə olunub. Professor İ.Məmmədzadə insanın rəqəmsal dünyada öz mahiyyətini necə qoruduğu və gələcək fəlsəfi paradiqmaların nədən ibarət ola biləcəyi barədə dərin fikirlər irəli sürüb.
Müsahibənin tam variantı ilə saytımızın rus dili bölməsindən tanış ola bilərsiniz.
https://philosophy.edu.az/index.php?newsid=3281


