Dahi lider Heydər Əliyevin idarəetmə fəlsəfəsində psixoloji amillər - sürətli inkişaf strategiyası

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial psixologiya” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Dahi lider Heydər Əliyevin idarəetmə fəlsəfəsindəpsixoloji amillər - sürətli inkişaf strategiyası” adlı məqaləsində xalqımızda Heydər Əliyevə daim böyük inamın olması bu görkəmli şəxsiyyətin fenomenallığı və bərabərsizliyi ilə bağlı olduğunu bildirmişdi. Dosent qeyd edib ki, Azərbaycan xalqı, onun qabaqcıl dairələri, ziyalılar, elm, mədəniyyət xadimləri yaranmış böhranlı vəziyyətdən çıxış yolunu, ölkənin etibarlı gələcəyini dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin simasında görür və bütün ümidlərini bu görkəmli şəxsiyyətlə bağlayırdı.

Ölkəmizin əldə etdiyi nailiyyətlər məhz bütün şüurlu ömrünü Vətənə xidmətə həsr edən ulu öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi daim azadlıq və müstəqilllik arzuları ilə yaşayan və qədim dövlətçilik ənənələrinə malik olan xalqımızın həyatında çox böyük əhəmiyyətli tarixi hadisəyə çevrildiyini yazısında əks etdirib. Alim bildirib ki, Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunması, milli dövlətçilik ənənələrinin qorunub saxlanılması istiqamətində atdığı addımlar, yenicə müstəqillik qazanmış xalqımızın həyatında mühüm tarixi əhəmiyyət daşımış və Ulu öndər Heydər Əliyevin siyasi varisi cənab Prezident İlham Əliyev yaradan, quran, birləşdirən, həmçinin, dünyada baş verən proseslərə milli maraqlara xidmət edən siyasətlə təsir göstərən, düşünülmüş siyasi iradəyə malik Lider olduğunu qeyd etmişdir. Prezident seçildiyi ilk gündən İlham Əliyev praqmatik dövlət xadimi kimi iqtisadiyyatın bütün sferalar üzrə inkişafına nail olmağın zəruriliyini bəyan edərək, ölkənin neft gəlirlərindən asılılığının aradan qaldırılması və qeyri - neft sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atdı. Ümummilli lider Heydər Əliyev bugünkü güclü, qüdrətli Azərbaycanı öz zehni, düşüncəsi, müdrikliyi ilə yaradıb inkişaf etdirib, bütün dünyaya tanıdıb. Məhz elə buna görə də dahi şəxsiyyətin adı hazırda, sözün həqiqi mənasında, müasir müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Heydər Əliyevin qeyri-adi intellekti bütün xalqa xidmət edirdi. – deyə G. Məlikli vurğulayıb.

