Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı məruzəsi – qarşıya qoyulan mühüm vəzifələr

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı məruzəsi – qarşıya qoyulan mühüm vəzifələr” adlı məqaləsində Prezident İlham Əliyevin AMEA-80 yubiley məruzəsində Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiqliyi, elmlə dövlətin birliyi, Azərbaycan dilinin qorunması, süni intelelektin inkişafı və s. detallar diqqəti cəlb etdiyini, Azərbaycan Milli Elmlər Akademiyasının elmi fəaliyyəti ilə proqressiv inkişafda olan yeniliklərə hazır elm mərkəzi olduğunu bildirib. Dosent qeyd edib ki, bu elm mərkəzinin misilsiz xidmətləri demək olar ki, ölkənin bütün sahələrində tətbiq olunaraq və böyük nailiyyətlər qazanılır. Azərbaycan Milli Elmlər Akademiyasının bu illərdə elm sahələri arası inteqrasiyanın genişləndirilməsi sayəsində ictimai və humanitar elmi düşüncədə meyarların inkişafı, Rusiya, Fransa, Türkiyə, Polşa, Britaniya, Bolqarıstan, Almaniya, Çin, Koreya, Yaponiya, İsrail və başqa ölkələrin elmi qurumları ilə əlaqələrin, qarşılıqlı inteqrasiya proseslərinin genişlənməsi yeni elmi ideyaların meydana çıxmasına, dünya təcrübəsinin öyrənilməsinə, beynəlxalq laboratoriyaların yaradılmasına və birgə əməkdaşlığa geniş meydan açır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının bütün sahələrinə göstərdiyi böyük qayğı hazırda akademiyada alimlərin daha da inkişaf etmələrinə böyük şərait yaratdığını bildirib. Elmin ən mühüm nəticələrini əks etdirən əsərlərin impakt faktoru jurnallarında çap edilməsi dünya elmi ilə inteqrasiya şəraitində mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin dövlətçilik təfəkkürünü, idarəçilik səriştəsini səciyyələndirən əsas amillər inkişaf, tərəqqi, siyasi sabitlik, sosial rifah, firavan həyat və güclü müasir Azərbaycandır. Akademiya üzvləri Azərbaycan elminin inkişafı yolunda üzərinə düşdüyü vəzifələri həmişə şərəflə yerinə yetirmişlər. AMEA kollektivi bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün vəzifələri böyük səylə, şərəf və ləyaqətlə yerinə yetirmək üçün əzmlə çalışmaqda davam edir.- Günel Məlikli vurğulayıb.

