AMEA - 80: İlham Əliyevin “Azərbaycan Elm modeli”: siyasi-nəzəri hədəfləri və intellektual suverenlik ideologiyası

Akademiya elmin inkişafında aparıcı rol oynamışdır
Prezident İlham Əliyev
Müasir Azərbaycanın milli dövlətçilik institutunun perspektiv inkişafının yüksək səviyyəyə çatmasında ən effektiv vasitələr milli elmlə ideoloji suverenliyin vəhdəti zərurətidir. Bu intellektual suverenliyin özülü, yeni dünya düzənində ölkədə milli ideyanın yeni hədəfi olaraq dövlət elm siyasəti ideologiyasının tərəqqisidir. Tarixi təcrübəyə əsasən milli intibahın təminində də elmin, intellektin tərəqqisi mühüm şərtdir.
Müasir Azərbaycanda yeni tarixi zamanda elmin suverenliyi də ictimai fikirdə əsas prioritetlərdəndir. Elm cəmiyyətdə dövlətin gələcək inkişafını, tərəqqisini müəyyənləşdirən strateji fəaliyyətdir.
Müstəqil Azərbaycanın strateji inkişaf konsepsiyasının əsas istiqamətləri 2 fevral 2021-ci ildə qəbul edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqda Sərəncamda əks olunub. Prioritetlərin tezisi “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti” devizi ilə başlayır və perspektivdə həyat ən müasir sahələrin inkişafı ilə reallaşacaq ki, burada da “yüksək rəqabətli insan kapitalı” əsas prioritetdir. Bu prioritetin reallaşması üçün “Milli prioritetlərdə” üç istiqamətdə məqsəd və vəzifə nəzərdə tutulur:
1) XXI əsrin tələblərinə uyğun təhsil; 2)Yaradıcı və innovativ cəmiyyət; 3)Vətəndaşların sağlam həyat tərzi.
Elm ictimayyəti üçün ikinci prioritetlərin həyata tətbiqində təhlil, tədqiq və təbliğdə mühüm rol kəsb edir. Müasir elmi dünənindən fərqləndirən vacib əlamət onun milli xarakteridir. Millilik ilk öncə ölkənin inkişafına, xalqın adət-ənənələrinə, mentalitetinə, tarixi kökünə, humanizminə əsaslanır.
Nəzərə yetirək ki, Azərbaycanda elmin inkişafı üçün əsaslı qanunvericilik bazası yaradılmışdır. Belə ki, gələcəkdə texnologiya və innovativlik əsaslı rəqəmsal elmi cəmiyyət inkişafın əsası olacaqdır. Məhz bu nöqteyi-nəzərdən də Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində çox istiqamətli çıxışı, elmin dövlət strateji xəttində yeri, onun milli ideologiya və dövlət suverenliyində rolunun siyasi mahiyyəti, “Azərbaycan Elm modelinin” hədəfləri idi. Məruzədə elmin yeni dövrdə vəzifələri, intellektuallıqla innovativliyin vəhdəti aydın məzmunda ifadə edildi.
-Müasir Azərbaycanın “elm xəritəsini” əxz edən məruzədə dövlət idarəetmə sisteminin vacib prinsipi - intellektual suverenlik modeli nəzərə yetirildi ki, bu da elmin suverenlik konsepsiyasıdır. Yəni, “bilik yolu” üzərində yaradılan “elmi güc” milli təhlükəsizliyin “milli innovativlik gücünün” elmi əsasa söykənən “suveren intellektuallıq ideologiyasıdır”.
- Elm müasir dövrdə dövlətin “yumşaq güc” göstəricilərindən biridir. Güclü dövlət o dövlətdir ki, onun elmi potensialı da yüksəkdir.
-Elm, yalnız Akademiyanın, Universitetlərin deyil, – əsasən dövlət intellektual suverenlik siyasətinin xəttidir, yəni, milli suverenliyin maraq və milli mənafelərin qorunması müasir texnoloji, informasion, rəqəmsal və geosiyasi kontekstdə Güclü – Qüdrətli dövlətçilik komponentləridir.
-Prezident İlham Əliyev yeniləşən dünyanın yaşanan reallıqlarını açıqlayaraq “Çalışırdım ki, bu10 il ərzində ölkə qarşısında duran bütün başqa vəzifələrlə yanaşı, elmin inkişafına da öz dəstəyimi göstərim” və vurğuladı ki: “Dünya iqtisadiyyatı tamamilə dəyişib, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir” və əlavə etdi ki: “Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır... öz addımlarımızı dəyişən dünyada gedən proseslərə həm uyğunlaşmalıyıq, həm də ki, bir çox təşəbbüslər irəli sürməliyik”.
Prezident İlham Əliyev vurğuladığı kimi: “... İllər keçdikcə qarşıda duran vəzifələr də dəyişir... bu günki inkişafla bağlı, inkişafın gələcək istiqamətləri ilə bağlı əlbəttə ki, prioritetlər əvvəlki dövrdən fərqlənir. Bu gün sirr deyil ki, hər bir ölkənin inkişafını, eyni zamanda təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün biz bunu iqtisadi inkişafda görürük... Ona görə də texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür”.
-Dövlətçilik institutunun siyasi xətti yalnız iqtisadi və diplomatik kursla deyil, analitik fikir, informativ dominantlıqla da idarəetmədə üstünlük qazanır. Prezident İlham Əliyevin diqqətə yetirdiyi kimi, elm təhlükəsizliyin tərkib hissəsinə aid olub, dəyişən dünyada müasir texnologiyalar, süni intellekt, rəqəmsallaşma, informasiya sistemlərinə malik olmaqla, həm də dövlət siyasi güc hakimiyyətini “yumşaq elmi güc”lə də prioritetləşdirilir. Belə ki, Dövlət Başçısı da göstərdi ki: “Bu gün güc amili dünyada aparıcı amildir. Yəni bu günkü dünya budur və belə olan halda təhlükəsizlik, müdafiə potensialı, hərbi güc əsas məsələdir”.
Elmin inkişafının əsas prioritetləri kontekstində rəqəmsallaşma, süni intellekt, Qarabağın işğaldan azad edilmiş ərazilərində tədqiqatlar aparılması, ana dilinin qorunması, ölkənin müstəqil dövlətçilik tarixi və s. bu kimi məsələləri Prezident İlham Əliyev vurğulayaraq söylədi: “30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bu günki qədər güclü olmamışdır. Ona görə də, müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var”.
-Məruzənin aparıcı xətti:
-Dünyada gedən qlobal yarışda biz yalnız biliklərlə, elmi yeniliklərlə və intellektual potensialla ön sırada ola bilərik məntiqi idi.
-Bu da Azərbaycan dövlət strateji elm xəttinin yeni siyasi suverenlik fəlsəfəsidir.
-Bu baxımdan “zənginlik bilikdədir, güc isə elmdə” tezisi yeni dövrün intellektual suverenlik ideologiyasıdır.
Elm XXI əsrdə siyasətin də intellektlik dəstəyi və dayağıdır. Elm sahəsində də “Azərbaycan Elm Modeli” formalaşdırılması bu siyasi xəttin göstərici “Elmi güc” xəritəsidir və məruzədə də qeyd olunduğu kimi: “ölkəmizdə intellektual potensial daha da güclənmişdir”. Belə ki, dövlət strateji inkişaf xəttinin enerji təhlükəsizliyindən başlayaraq, hərbi sənaye, müdafiə, aqrar sahə, rəqəmsal texnologiyadan tibb, təhsil, ekologiyayadək və s. sahələri elmi biliklər, “biliklər iqtisadiyyatı” məcmusunda formalaşdırılır.
İntellektual suverenlik idarəetmə modelində aparılan islahatlar nəticəsində elmi rasionallığın da əsas təcəssümüdür. Bir prinsipial tezisdə elmə və biliyə əsaslanan inkişaf reallıqda siyasi praqmatiklikdir.
Müasir Azərbaycanın dünyada görünən nüfuzu, qüdrətli dövlət prioriteti məhz intellektual suverenliyin idarəetmə metodudur.
Prezident İlham Əliyev yanaşmasında elm tək araşdırmalar, yazılan tədqiqat, kitabları yox, həmçinin qanunverici və dövlət siyasi qərarların da rasional mənbəsi, milli inkişaf strategiyası mexanizminin intellektual suverenlik dəyər fəlsəfəsidir.
İntellektual suverenlik idarəetmədə Azərbaycanın dövlət elm siyasəti ilə ideoloji mətndə tarazlıq yaradır.
Məruzənin ümumi məzmunu Azərbaycan elminin milli maraqlara xidmət etməsi, dövlətin ideoloji sabitliyi və müstəqilliyinin möhkəmləndirməsi kursunda alimləri də “fəal olmağa dəvətdir”. “...Bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər” məntiqi Prezident İlham Əliyevin dövlət elm siyasəti xəttinin elmi idarəetmədə milli suverenlik ideologiyasının tərkib hissəsi olması yanaşmasıdır. Belə ki, elmi-tədqiqi fəaliyyət də dövlətçilikdə siyasi-fəlsəfi-etik missiya ölçüsüdür.
Bu çağırışlar elm ictimaiyyətinə yönəlik intellektualların məsuliyyətinin hədəfləri göstəricisidir. Elm-biliklər məcmusu tək texnoloji tərəqqinin deyil, həmçinin milli özünüdərk kimliyinin “elmi güc” mətnində hədəfidir.
XXI əsr dünyanın yeni düzənində mədəni-mənəvi assimlyasiya, eləcə də informasiya təhdidləri cəmiyyətində elmi təfəkkür, dövlətin intellektual suverenliyinin ideoloji ifadəsidir.
AMEA-80 yubiley məruzəsinin siyasi xətti elmlə dövlətin birliyi, inteqrasiyası idi. Hədəflər belə idi:
-Elmi Tədqiqat İnstitut və Mərkəzlərinin dövlətin suveren intellektual ideoloji və analitik bazasına çevrilməsi;
- Elmi ideya və analitik fikirlərin dövlət qərarlarına şamil edilməsi;
- Bilik sərvəti – intellektual potensialın milli-ictimai-siyasi-mədəni-tarixi məzmunlu “Azərbaycan Elm Modeli”nin yaradılması ilə elmə innovativlik funksiyası, divident qazandırması;
AMEA-80 yubiley məruzəsi dövlət siyasi doktrinasında intellektual suverenlik perspektivinin milli elmdə, biliklər iqtisadiyyatında “Azərbaycan Elm modeli”nin təcəssümü, hədəfidir.
Məruzə:
-elmdə mühüm əhəmiyyətli ictimai-siyasi hadisədir;
-siyasi-fəlsəfi paradiqmadır;
-dövlətin uzun dövrlü suverenlik ideologiyası kursudur;
-yeni milli ideya hədəflərindən biridir;
-intellektual suverenlik tərəqqisini müəyyənləşdirən konseptdir.
-Azərbaycan Dövlət elm siyasəti, Azərbaycan elm ictimaiyyətinin siyasi-ictimai kimlik missiyasıdır.
Dövlət elm siyasi xəttinin reallığı belədir:
-Elm dövlətin düşünən beyin mərkəzi, dövlətçilik institutu siyasətinin tədqiq-təbliğ-təşviqini həyata keçirən fəaliyyət sahəsidir;
-Biliklər də intellektual suverenliyin yüksək prinsipləridir.
Bu kontekstdən də Prezident İlham Əliyevin AMEA-80 yubiley məruzəsinin məntiqi ictimai-siyasi, intellektual suverenlik çağırışlı “Azərbaycan Elm modeli” hədəfləri göstəricisidir.
Məruzənin paradiqmal komponentləri:
-“intellektual güc”ün artırılması və yüksəldilməsi;
- “elmi gücün” inkişafında AMEA-nın aparıcı təsisat olması;
- Dövlət Başçısının elmin inkiaşfına həmişə böyük önəm verilməsinə diqqət yetirərək “Akademiya elmin inkişafında aparıcı rol oynamışdır” fikri elmə, elm ictimaiyyətinə verilən dəyərin qiymətidir
Prezident İlham Əliyev ölkələrin inkişafında təbii resursların əhəmiyyətli rol kəsb etməsini qeyd edərək söylədi: “Təbii sərvətlər sadəcə olaraq insan kapitalına və texnoloji tərəqqiyə sərmayə qoymaq, gələcəkdə davamlı inkişafı təmin etmək üçün bir vasitədir” bildirdi və əlavə etdi ki: “Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimləri, bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə də bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır... Süni intellekt... Bu gün artıq bu ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir”
-AMEA-nın 80 illik yubileyində Prezident İlham Əliyevin elmə yönəlik siyasi-nəzəri proqram məntiqli məruzəsində “Azərbaycan Elm Modeli” Yol xəritəsinin istiqamətləri diqqətə yetirildi:
Birincisi, alimlərin də müstəqil Azərbaycanın real inkişafında iştiraka dəvət edilməsi;
İkincisi, Elmi ictimaiyyətin ölkənin inkişafında mövqeyi, rolu, yerinin vacib zəruriliyi;
Üçüncüsü, yeni texnologiyaların tətbiqində elmdə müəyyən çətinliklərlə üzləşmələrin qeyd edilərək, aydınlaşdı ki, çətinliklər Dövlət Başçısının nəzərindədir.
Dördüncüsü, “intellektual sərvətin tükənməməsi üçün dövlət sərmayə qoymalıdır” məntiqi də elm siyasətində maliyyə dəstəyinin hədəf olduğu açıqlandı.
Beşincisi, ölkə alimlərinin də texnoloji tərəqqidə dəstəyinin vacibliyi vurğulandı: “Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik”.
Yekun olaraq göstərək ki, Prezident İlham Əliyev qətiyyəti ilə yanaşsaq “sözümüz imzamızdır”. Bəli, hər sözü Dövlət Başçısının imzasıdır, imzası sözüdür.
-Prezident İlham Əliyevin AMEA-80 yubileyində məruzəsi intellektual suverenlik ideologiyası məzmunlu dövlətçilik institutu məktəbi dərsləridir.
https://science.gov.az/az/news/open/34228
Rəna MİRZƏZADƏ, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri f.e.d., professor

