28.11.2025, 10:58 - Baxış sayı: 12

Dosent Zeynəddin Şabanov “Sadıq Qarayevin əsərlərində vətənpərvərlik motivləri” adlı məruzə ilə çıxış edib


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dosent Zeynəddin Şabanov Azərbaycan Yazıçılar Birliyinin xətti ilə “Alim-yazıçı Sadıq Qarayevin əsərlərində Azərbaycançılıq məfkurəsi və zəfərin vəhdəti” mövzusunda Sumqayıt şəhərində keçirilən tədbirdə “Sadıq Qarayevin əsərlərində vətənpərvərlik motivləri” adlı məruzəsində yazarın əsərlərinin elmi-fəlsəfi çəkisini təhlil etmiş, burada azərbaycançılıq ideyasının qoyuluşundan və təbliğindən danışmış, Zəfərin əldə olunmasında Azərbaycanın əsgər və zabitlərinin qəhrəmanlıqları, xalq-ordu-dövlət vəhdəti, sürət, az itki və qələbə taktikasının yazıçının kitablarındakı təsvirini incələmişdir. Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.