20.11.2025, 15:32 - Baxış sayı: 2

Fəlsəfə doktoru Hüseyn İbrahimov “Müasir Uluslararası əlaqələrin inkişafı” konfransda iştirak edib


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İdentiklik, Multikulturalizm və Azərbaycancılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Hüseyn İbrahimov Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universitetində “Müasir Uluslararası əlaqələrin inkişafı” mövzusunda təşkil edilən beynəlxalq konfransda “Müasir mədəniyyətin fəlsəfəsi” mövzusunda məruzə etmişdir.

Tədbirdə, “Müasir mədəniyyətin fəlsəfəsinin ənənəvi mədəniyyətlə kəsişməsi” məsələləri, “Türk Dövlətləri Təşkilatının uluslararası inteqrasiyada rolu”, “Azərbaycan və Türkiyənin müasir sürəkli əlaqələri fəlsəfəsindən regional inkişafın institusional əsaslarına baxış” kimi tezislər məruzəçının çıxışının ideya-istiqamətini təşkil etmişdir.