“Türk miniatür sənətinin vizual kodu: ənənə və müasirlik” mövzusunda elmi-praktik konfrans keçirilib
Noyabrın 19-da tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə “Türk miniatür sənətinin vizual kodu: ənənə və müasirlik” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbiri açılış sözü ilə açan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud gələn qonaqları salamladıqdan sonra belə tədbirlərin xüsusən Azərbaycan üçün vacibliyindən danışıb. Sonara sözü AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadəyə verib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d.,professor İlham Məmmədzadə öz çıxışında Miniatür sənətinin vizual obrazı Şərq estetik düşüncəsinin dərin qatlarına gedib çıxan harmoniya, mənəvi bütövlük və daxili işıq konsepsiyaları əsasında formalaşmış etik–estetik dünyagörüşünün kompleks təzahürü kimi çıxış etdiyini,bu sənət nümunələrində təsvir olunan hər bir fiqur, rəng sistemi və kompozisiya strukturu yalnız bədii ifadə vasitəsi deyil, həm də müəyyən ontoloji və aksioloji məna qatları daşıyan simvolik göstərici olduğunu vurğulayıb.
Miniatür sənəti Şərq fəlsəfi ənənəsinin xüsusilə, sufizmin təsəvvür etdiyi gözəllik, əxlaq vəhdəti prinsipinə uyğun olaraq inkişaf edir. Burada estetika etik dəyərlərdən ayrılmaz, bədii forma yalnız mənəvi məzmunun daşıyıcısı kimi kamilləşir. Miniatür ustalarının yaratdığı vizual model həm tarixi-mədəni təcrübənin məcmusunu, həm də insanın daxili dünyasını işıqlandıran metafizik nizam anlayışını bədii şəkildə kodlaşdırır. Miniatürün vizual obrazı Şərq və xüsusilə Azərbaycan miniatür sənətində harmoniya, mənəvi bütövlük və daxili işıq fəlsəfəsi əsasında formalaşmış etik-estetik görüşlərin bədii ifadəsidir. Bu sənətdə gözəllik yalnız vizual keyfiyyət deyil, əxlaqi kamilliyin, təvazökarlığın, nizamın və ruhani dərinliyin bədii ifadəsidir. Miniatür ustaları üçün estetika etik dəyərlərdən ayrılmazdır , gözəllik həmişə mənəvi məna ilə tamamlanır-deyə professor qeyd edib.
Təşkilatçı AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, f.ü.f.d., dos. Zöhrə Əliyeva öz çıxışında bildirərək qeyd edib ki, zaman və üslubların dəyişməsinə baxmayaraq, türk dünyası miniatürünün vizual obrazı harmoniya, mənəvi bütövlük və daxili işıq fəlsəfəsi üzərində qurulmuş etik–estetik kodunu qoruyub saxlamışdır. Bu varislik miniatürü yalnız tarixi deyil, həm də müasir dövrlə universal simvollar dili vasitəsilə danışan canlı mədəni fenomenə çevirir-deyə qeyd edib.
Tədbirdə professor Rəbiyyət Aslanova “Türk miniatur sənətinin tarixi-fəlsəfi özünə məxsusluğu”, Dr. Niel Watson (Böyük Britaniya) “Şərqin Vizual fəlsəfəsi kimi miniatür rassamlığı və onun müasirliklə əlaqəsi”: London Britaniya Muzeyində saxlanılan kolleksiya əsasında, prof. Paul Balanfat (Türkiyə) “Miniatur və sir”, prof Patrick Valsh (İrlandiya) “Bir ovuca sığan aləmlər:Chester Beatty kolleksiyasından fars, Osmanlı və Moğol İslam Miniatürləri”, Dr Nabil Grassa Tunis Universitetinin prorektoru (online),Dr. Telman İbrahimov Azərbaycan Rəssamlıq Akademiyası”1468-ci il Şamaxı Antologiyasında Şirvan Miniatür Məktəbinin üslubu haqqında”,Prof Kübra Aliyeva AMEA İncəsənət və Memarlıq İnstitutu “Miniatür sənətində sufilik”, Dr. Hfssa Bekhelouf Qalatasaray Universiteti mövzularla çıxış edərək fikirlərini bölüşüblər.

