20.11.2025, 16:24 - Baxış sayı: 12

Professor İlham Məmmədzadə Benəlxalq konfransda iştirak edib


20 noyabr tarixində Belarus Elmlər Akademiyasında "Ümumdünya Fəlsəfə Günü"nə həsr olunmuş “Qlobal və regional kontekstlərdə sosial-fəlsəfi biliklər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə onlayn şəkildə iştirak edərək “Elm fəlsəfəsinin anlaşılması məsələsi haqqında” mövzusunda çıxış edib. 

İlham Məmmədzadə çıxışında elm fəlsəfəsi fənlərarası tədqiqatların geniş və mürəkkəb bir sahəsinə toxunaraq bildirb ki, elmin gələcəyi daha çox bu sahədə elmin keçmişindəkiləri deyil, onun bu günündəki və süni intellekt, biliklərin inkişafı, proqnozlaşdırılması, onların artım məntiqi və etikası ilə bağlı olanların aşkar edilməsi ilə əlaqədar aparılan tədqiqatlardan asılıdır-deyə vurğulayıb.