Professor Adil Əsədovun "Gözəlliyin fəlsəfəsi" əsərinin ikinci cildi çapdan çıxmışdır
Fəlsəfə elmləri doktoru, professor Adil Əsədovun "Gözəlliyin fəlsəfəsi" əsəri onun spiritualist aristokratizm adlı beş bölümdən ibarət fəlsəfi sisteminin birinci bölümüdür. Müəllif burada gözəlliyin mahiyyət və təzahür arasında uyğunluq məqamı olduğu barədə ideya irəli sürür və məhz bu ideya əsasında da gözəllik fenomeninin özünəməxsus fəlsəfəsini yaradır.
Gözəllik fəlsəfəsi özlüyündə üç hissədən ibarət tərtib olunmuşdur. Hazırkı nəşr əsərin ikinci hissəsini əhatə edir və müəllifin Cözəllik fəlsəfəsinin əsas məzmumunu özündə ehtiva edir. Gözəlliyin mahiyyətə müncər edilməsinə əsaslanan həmin fəlsəfə bütövlükdə spiritualist aristokratizm fəlsəfəsinin estetik konteksti məzmunundadır və estetik təfəkkürün tarixi inkişaf xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir.
Əsər fəlsəfi elmlər üzrə mütəxəssislər, sənətşünaslar, ali məktəb tələbələri, həmçinin gözəllik və fəlsəfə mövzuları ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Kitabın elektron variantı ilə buradan tanış olmaq olar.

