“Ümumdünya Fəlsəfə Günü"nə həsr olunmuş Elmi Konfrans keçirilib
18 noyabr 2025-ci ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda YUNESKO-nun təsis etdiyi “Ümumdünya Fəlsəfə Günü"nə həsr olunmuş “Universal və milli dəyər fəlsəfəsinin tətbiqi problemləri” mövzusunda Beynəlxalq elmi Konfrans keçirilib.
YUNESKO-nun təsis etdiyi “Ümumdünya Fəlsəfə Günü"nə həsr olunmuş konfransda Azərbaycan alimləri ilə yanaşı Türkiyə, İrlandiya və Böyük Britaniya, ABŞ-dan (onlayn), olan alim və mütəxəssislər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, fəlsəfə elmlər doktoru, professor İlham Məmmədzadə hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən danışaraq, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təbrikini tədbir iştirakçılarına çatdırdı. Bu gün münasibətilə hər il Azərbaycanda fəlsəfə elminin inkişafına töhfə verəcək beynəlxalq konfransların təşkil edildiyini bildirən İ.Məmmədzadə fəlsəfə elminin öyrənilməsinin, fəlsəfi biliklərin cəmiyyətin mənəvi saflığının və sabitliyin qorunmasındakı rolundan danışmış və maarifçiliyin geniş inkişaf etdirilməsində fəlsəfənin rolunun zəruriliyini də vurğulayıb.
Professor qeyd edib ki, Akademiyanın 80 illiyi ilə bağlı keçirilən tədbirdə Prezident İlham Əliyev elmi inkişafında süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyətindən danışıb, bu istiqamətin ölkələrin gələcək inkişafında mühüm rol oynadığını bildirib. Dövlət başçısı Azərbaycan dilinin saflığının qorunmasının milli məsələ olduğunu qeyd edib və hər bir vətəndaşın bu işə məsuliyyətlə yanaşmalı olduğunu deyib.
Fəlsəfənin problemlərinə diqqət çəkərək bu istiqamətdə bir sıra işlərin həyata keçirilməsinin vacibliyini qeyd etdi. Fəlsəfə və ideologiya haqqında danışan İlham Məmmədzadə fəlsəfəni ideologiyasız və ideologiyanı da fəlsəfəsiz təsəvvür etməyin mümkün olmadığını bildirdi.
Tədbirdə çıxış edən akademik Gövhər Baxşəliyeva Fəlsəfə Günü münasibəti ilə konfrans iştirakçılarını təbrik etdi, konfransın əhəmiyyətindən və faydasından danışaraq İnstitutun alimlərinə elmi fəaliyyətlərində uğurlar dilədi.
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycan elmi və aliminə yüksək dəyər verməklə bərabər, Azərbaycan elmi qarşısında qoyduğu vəzifədən danışaraq, dövlət başçısının nitqində Azərbaycan dili və tarixi ilə bağlı alimlərə xüsusi tapşırıqların öz əksini tapdığını deyən akademik Prezidentin vurğuladığı əsas məqamlar kimi Azərbaycan tarixinin daha doğru və elmi şəkildə tədqiqinin labüdlüyünün Azərbaycan dilinin saflığının qorunmasında çalışmalı olduğunu göstərib.
Tədbirdə, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü fəlsəfə elmləri doktoru, professor Könül Bünyadzadə “AMEA-nın prioritetlərində fəlsəfə”, Qalatasaray Universitetinin professoru Paul Ballanfat və Hafssa Bekhelouf “Fəlsəfənin milliliyi (The Nationalism of Philosophy)”, Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, Beynəlxalq politoloq Dr. Niel Watson Qlobal çağırışlar dövründə ümumbəşəri və xüsusi dəyərlərin kəsişməsinin fəlsəfi konteksti (Bridging the universal and the particular:Philosophical values in the era of global challenges)”, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli “Tarixin fəlsəfəsi və dəyərlərə münasibət”, professor Patrik Uolş Milli özünüdərkin humanist dünya nizamının formalaşmasındakı rolu ("Between the individual and humanity stands, and must continue to stand, a great fact - the nation")”, fəlsəfə elmələri doktoru, professor Əbülhəsən Abbasov “Bakıdan dünyaya yayılmış dəyər Q.S, Altşuller nəzəriyyəsi və məktəbi”, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “Suveren Azərbaycanda universal dəyərlər: siyasi-hüquqi komponentlər”, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Suverenlik fəlsəfəsi haqqında: Azərbaycan konteksti, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov "Rəqəmsal imperializm və milli suverenliyin qorunması problemi”, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov Elmi-texniki tərəqqi və dəyərlər problemi, fəlsəfə üzrə fəlsəfə doktoru Zaur Rəşidov “Mirzə Şəfi Vazehin nəğmələrinin Almaniyada Märzrevolution sonr













