Əməkdaşlarımız təqdimat mərasimində
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qlobal Əməkdaşlıq Analitik Araşdırmalar Mərkəzinin “Yaşıl şəbəkə elmi innovasiya platforması” birgə layihəsi çərçivəsində “Yaşıl innovatv biliklərin xəritələşdirilməsi:problemlər və perspektivlər” adlı elmi-tədqiqat materiallarının toplusunun təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində məqalə müəllifləri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, f.f.d., dos. Zeynəddin Şabanov və aparıcı elmi işçi, f.f.d.,dos. Ağasəlim Həsənov “Qarabağ və Şərqi Zəngəzurda alternativ enerjidən istifadə imkanları” mövzusunda çıxış etmişlər. Müəlliflər Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi, bərpa olunan enerji mənbələri, dağ çaylarının, günəşin və küləyin enerjisindən istifadə etmək üçün mövcud təbii şərait, ölkədəki enerji diversifikasiyası barədə danışmış, müqayisələr aparmış, təkliflərlə çıxış etmişlər.Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.


