14.11.2025, 14:49 - Baxış sayı: 39

Dosent Radif Mustafayev Beynəlxalq Multikulturalizm Mərkəzinin keçirdiyi tədbirdə iştirak edib


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) 8 Noyabr - Zəfər Gününün 5 illiyinə həsr edilən “Biz birlikdə güclüyük” mövzusunda tədbir keçirib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə digər qonaqlarla yanaşı AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, Qarabağ qazisi, ehtiyatda olan leytenant, f.ü.f.d., dosent Radif Mustafayev da iştirak edib. R.Mustafayev çıxışında bildirib ki, Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər, Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın bir yumruq kimi birləşməsi sayəsində mümkün oldu. Bu Qələbə Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələ açdı, xalqımızın milli kimliyini, vətənpərvərlik ruhunu daha da möhkəmləndirdi. Diqqətə çatdırılıb ki, müxtəlifliyimiz bizim zənginliyimizdir, həmrəyliyimiz isə gücümüzdür. Azərbaycan bu dəyərləri ilə regionda və dünyada sülhün, tolerantlığın və qarşılıqlı hörmətin nümunəsinə çevrilib.