“Konstitusiya günü” mövzusunda elmi-nəzəri seminar keçirilmişdir
Noyabrın 12-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” və “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbələrinin birgə “Konstitusiya günü” mövzusunda elmi-nəzəri seminarı keçirilmişdir.
Seminarda “Siyasətin fəlsəfəsi və sosiologiyası” və “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbələrinin əməkdaşları baş elmi işçilər, f.e.d. Z.Ağayeva, f.e.d., dos. L.Mövsümova, aparıcı elmi işçilər, f.ü.f.d. T.Qasımova, f.ü.f.d., dos. Ə.İbrahimov, elmi işçilər N.Əlicanova, S.Quliyeva, kiçik elmi işçi C.Hüseynli, kiçik elmi işçi S.Əliyeva, baş laborant G.Cabarova və laborant M.Əliyeva iştirak etmişlər.
Məruzəçi “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin aparıcı elmi işçisi Etibar Əsədov çıxış etmişdir.
Məruzəçi bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən əzəli Azərbaycan torpaqlarının 44 günlük Vətən müharibəsində erməni işğalından azad edilərək ölkəmizin ərazi bütövlüyü təmin olunmuş, ata-baba yurdundan didərgin salınmış bir milyondan çox soydaşımızın konstitusion hüququ bərpa edilmişdir. Məruzənin sonunda Əli İbrahimov, Şahin Bağırov tərəfindən verilən konstitusiyada olunan dəyişikliklərlə bağlı suallar cavablandırıldı.
Seminar mövzusu ətrafında diskusiyalar olmuş, geniş müzakirələr aparılmışdır.



